Page 98 - "Hər suala bir cavab" (I cild)
P. 98
Osmos nәdir?

B әs bitkilәr özlәrinin kök sistemi
vasitәsiylә suyu necә içir? Bu
haqda heç düşünmüsünüz? Yaxşı,
bәs hәzm olunmuş qida bağırsaqlardan
qana necә keçir? Axı nә bitki köklәrindә,
nә dә heyvanların bağırsağında deşik-filan
tapılmayıb...
Maraqlı suallardır, amma gәlin әvvәlcә
onu deyәk ki, bu prosesin adı “osmos”dur.
Bir qabda iki qaz olanda, onlar tez bir
zamanda qarışır. Mayelәr dә elәdir.
Mәsәlәn, bir damcı mürәkkәb bir litr suya
bәlli bir rәng çaları verir.
Osmos prosesi zamanı birlәşmә mem-
branlar vasitәsiylә baş verir – onlar da
bitki köklәrinin, yaxud bağırsaqların nazik
divarları kimidir. Bu membranlar birlәşmә
prosesini lәngidir, amma dayandırmır. Os-
mos zamanı canlı orqanizmlәrin memb-
ranları bәzi maddәlәri buraxır, digәrlәrinin
qabağını alır. Bu, qismәn maddәlәrin öz
quruluşundan asılıdır. Alimlәr belә hesab
edir ki, osmos zamanı hәll olmuş hissәciklәr
membranın molekulları arasından keçir.
Membranla tәmasda mәhlulun hissәcik-
lәri ona tәzyiq göstәrib, necә deyәrlәr, “os-
motik tәzyiq” yaradır. Hәll olmuş hissәcik-
lәrdәn ibarәt mәhlulun daha çox olduğu
tәrәfdә osmotik tәzyiq dә çox olur, ona
görә dә hәrәkәt tәzyiqin yüksәk hissәsindәn
daha aşağı tәrәfә istiqamәtlәnir.
Lakin bu hәrәkәt hәr iki istiqamәtdәdir,
çünki membranlar maddәni hәr iki sәmtә
buraxır. Bizim orqanizmimizdә, mәsәlәn,
qan damarlarının membranlarında maddә-
lәr daim iki sәmtdә hәrәkәt edir. Belәliklә,
hәzm olunmuş qida qana keçir, karbon
iki oksid isә qan vasitәsi ilә ciyәrlәrә çatıb,
oradan xaric olur.
   93   94   95   96   97   98   99   100   101   102   103