Page 56 - Peşəkar aktyorluq dərsləri
P. 56
Mixail Çexov
nәdә eyni tonda, özü dә yalnız danışmaq naminә o qәdәr
danışırıq ki, hәtta sәs duyumunu da itiririk, işin çox-
luğunu, müxtәlif qayğıları bәhanә gәtiririk. Mәsәlә o
hәddә çatıb ki, nә öz sәsimizi, nә dә tәrәf-müqabilin
sәsini eşidirik. Ümumiyyәtlә, “kar” olmuşuq, çox şeyi
anlayırıq, amma hisslәrin sәsini duymuruq. Sәhnәdә
qәfildәn kiminsә sәsi dәyişirsә, başa düşürük ki, bu,
qeyri-adi sәsdir. Hәr rola uyğun sәs tonu ilә danışmaq bir
aktyor kimi borcumuzdur. Әgәr Kordeliya, Ofeliya,
yaxud Mariyanı öz fәrdi, adi sәsimizlә oynayırıqsa, teatr
nöqteyi-nәzәrindәn bu, heç dә düzgün deyil.
Bәdiilik baxımından personaja kәnardan baxıb sәsini
eşitmәyi bacarmalıyıq: o, necә hәrәkәt edir, әtrafındakı
insanlarla necә davranır, onlarla hansı tonda ünsiyyәt
qurur, başqaları onunla hansı tәrzdә danışır? Kәnardan
baxanda hәr şey aydın görünür: aktyorlardan hansı
düzgün danışıq tәrzi vә sәs tonu seçmәyib, kimin sәhnә
davranışı qüsurludur, yaxud hansı aktyor emosiyalarını
yetәrincә çatdıra bilmir.
Amma xәyalımızda Cülyettanın incә sәsini canlandıra
bilsәk, bu gözәl varlığın necә vә hansı tonda danışdığını
eşidәcәk, nәticәdә onu olduğu kimi çatdıra bilәcәyik.
Buna görә dә ilk növbәdә öz sәsimizә müraciәt etmәli,
necә deyәrlәr, öz sәsimizdәn soruşmalıyıq: “Sәn Cülyetta
56 kimi danışa bilәrsәnmi?” Bu, hәm dә aktyorun sәs
texnikası ilә bağlıdır. Çünki aktyor xüsusi sәs texni-
kasına, xüsusi sәsә vә xüsusi sәs emosiyalarına malik
olmalıdır. Bu halda aktyor fәrdiliyi daha da fәallaşır.
Mühit bütün obrazları qoynuna alır, onları bәslәyib
әrsәyә gәtirir, aktyor texnikası isә tamamilә fәrdilәşir.