Page 58 - Peşəkar aktyorluq dərsləri
P. 58
Mixail Çexov

İmprovizә

Mәncә, mәntiqi olaraq, kiçik sketçә başlamaq barәdә
tәklifimlә razılaşarsınız – әvvәlcә mühit, ardınca dәqiq-
lәşdirmә vә texnika, sonra isә ilham pәrisi gәlәcәk. Belә-
liklә, sketçә mühitlә başlayaq. Sizә tәxәyyül üçün
material verәcәyәm vә onu araşdırdıqca yaradıcılıq pro-
sesi mәntiqinin nә olduğunu öyrәnәcәksiniz. Tamaşanın
mühitinә daxil etmәk istәdiyim mövzunu nәzәrdә tutu-
ram. Hal-hazırda bu mövzu yalnız mәnә mәlumdur, lakin
siz dә addım-addım bu mühitә daxil olacaqsınız.

Sketç üçün mühit

Birinci mühit belә olacaq: dan yeri sökülür, yarıqa-
ranlıq, natәmiz, üfunәtli, şәrab vә tütün qoxusuna bürün-
müş yemәkxana. Müştәrilәrin böyük әksәriyyәti
dәnizçilәrdir; hamı sәrxoşdur, gecәdәn-sәhәrәdәk yeyib-
içiblәr, әylәniblәr. İndi mәclis әhli yorğun vә üzgün
görünür. Fahişәlәr, dәnizçilәr hәrәsi bir tәrәfә sәrәlәnib.
Kef mәclisi sübhәdәk davam etdiyi üçün kimsә gözünü
yummayıb.

Buradakı mühit dәli yığıncağını xatırladır. Sәrxoş
müştәrilәrdәn kimsә mahnı oxumağa cәhd göstәrir, ancaq
dili söz tutmur. Yeyib-içmәk hamını tәngә gәtirib, bәzilәri
58 mürgü döyür. Bununla belә, yemәkxananın künc-buca-
ğında hәlә dә şәrab badәsini yuxulu-yuxulu başına
çәkәnlәr var. Sәrxoşların bir-birinә nә dediyini anlamaq
mümkün deyil. Bu, mühitdir.

Buradakı mәnzәrәni tәsәvvürdә canlandırmağa çalı-
şın, ancaq onu hiss etmәyә cәhd göstәrmәyin. Siz bu hissi
yalnız mühit peyda olandan sonra duyacaqsınız, başqa
   53   54   55   56   57   58   59   60   61   62   63