Page 55 - Peşəkar aktyorluq dərsləri
P. 55
cә daha çox obraz vә hadisәlәr qatılır. Birinci qatılan Peşəkar aktyorluq dərsləri
hәlә tam inkişaf etmәmiş emosiyalar vә bәdәnimizdir.
Sonra, ümumi texnikanı inkişaf etdirәndә nәsә bir hiss
yaranır – sanki tamaşanı әvvәldәn-axıradәk görmüşük vә
nәticәdә belә bir daxili hiss baş qaldırıb. Tamaşa
tәsәvvürdә canlandıqca rol üçün nәinki yaxşı oyun
texnikasına, deyәrdim ki, mәxsusi oyun texnikasına
ehtiyac yaranacaq. Don Kixot üçün lazım olan oyun
texnikası Faust üçün uyğun gәlәn texnikadan fәrqlәnir.
Kral Lir üçün mәqbul sayılan texnika ilә Kordeliyanın
texnikası başqadır. Bu, bizim sәnәtkar fәrdiliyi üçün çox
xoşdur vә onu qәlbin, ruhun rәssamı adlandıra bilәrik.

Hәr dәfә rol üzәrindә işlәyәrkәn ona uyğun mәxsusi
oyun texnikasını tapmaq lazımdır. Aktyor mәşq zamanı
Kral Lirin sәhnә hәrәkәtinin mәziyyәtlәrini, xüsusiyyәt-
lәrini düşünüb oynamağa borcludur, çünki dünyada heç
kim Kral Lir kimi yerimir, әlini havada oynatmır vә s.
Yaxud aktrisa mәşq zamanı Ofeliyanın davranışını, hәrә-
kәt vә danışıq tәrzini müәyyәn etmәlidir. Bu, mәxsusi
texnikadır, yalnız Kral Lirә mәxsus olan zahiri vә daxili
görünüş, bәdәn hәrәkәtlәri, xüsusi sәs! Aktyor mәşq
zamanı bu keyfiyyәtlәri cilalamalı vә oyunu ilә uyğun-
laşdırmalıdır.

Aktyorun sәsi 55

Әn dәhşәtli sәhv ondan ibarәtdir ki, oynadığımız hәr
rol üçün fәrdi, adi vә gündәlik sәsimizdәn istifadә edirik.
Tәxәyyülün kasadlığı, rolun xarakterinә kifayәt qәdәr
maraq göstәrmәmәk, bәlkә dә, vaxt azlığı – bütün bunlar
әsl teatr haqqında tәәssüratlara ciddi xәlәl gәtirir. Sәh-
   50   51   52   53   54   55   56   57   58   59   60