Page 52 - Peşəkar aktyorluq dərsləri
P. 52
Mixail Çexov

edib-etmәmәk o qәdәr dә vacib deyil, amma mühit öz
qәrarını verir: “Yox, dostum, bu rol sәnlik deyil”. Bәzәn
yaradıcılıq imkanlarını düzgün qiymәtlәndirmәyib daha
dramatik, yaxud mürәkkәb komik rolları oynamağa can
atırıq, düşünürük ki, uca zirvәlәri bir göz qırpımında fәth
etmәyә qadirik. Sәbәb nәdir? Aktyorun sәnәtkar fәrdiliyi
onun karyerası boyunca әn ali mühitin divarları arasında
mәskunlaşır. Demәli, çevrәmizdә elә bir mühit mövcud-
dur ki, bizә nәyi vә necә oynamağı diktә edir.

Amma elә insanlar var ki, onların mühiti müxtәlifdir
vә bu mühit bәzәn illәr ötdükcә, bәzәn isә hәtta ola bilәr,
günbәgün dәyişir. Buna baxmayaraq, hәmin fәrdlәrin
yaratdığı özünәmәxsus ali mühit dә mövcuddur. Mәsәlәn,
kimsә mәzhәkәçi olmağı arzulayır, lakin belә bir fürsәt
heç vaxt әlinә düşmәyib vә demәli, bu adamın mәzhә-
kәçilik mühiti ömrü boyu qısılıb qaranlıq küncdә qalıb.

Söylәdiklәrim şәxsәn mәnә dә aiddir. Hәyatımda elә
bir imkan yaranmayıb ki, mәzhәkәçilik bacarığımı
göstәrim. Mәzhәkәçi olmaq istәyirdim, ancaq әvәzindә
Hamlet vә ona bәnzәr dramatik rolları oynamaq mәc-
buriyyәtindә qaldım, başqa sözlәrlә desәk, mühitimdә
mәzhәkәçiliyә yer olmadı.

Biz bu mühitlәrdәn kәnarlaşa bilmәrik, onunla daim
hesablaşmaq mәcburiyyәtindәyik. Fәrdiliyin әhatәsindә
olan mühiti yox etmәk dә mümkün deyil. Mühiti duy-
52 mağı öyrәnmәliyik vә yalnız bu mühit canımıza, qanı-
mıza sirayәt edәndә, bizi әhatәsinә alanda böyük
yaradıcılıq uğurları qazana bilәrik. Bir sözlә, әgәr mәzhә-
kәçilik mühitinә düşüb mәhz mәzhәkәçi olduğumu an-
lasam, nәsә heyrәtamiz bir şey yaradıb insanlara sevinc
vә xoşbәxtlik bәxş edәcәyәm.
   47   48   49   50   51   52   53   54   55   56   57