Page 48 - Peşəkar aktyorluq dərsləri
P. 48
Mixail Çexov

cәmlәşdirirsiniz. Әgәr bu an tәsadüfәn hipnozçunun,
mәsәlәn, bacısı barәdә düşünsәniz, demәli, sizin başladı-
ğınız konsentrasiyanın mәqsәdi itir. Qarşınıza qoydu-
ğunuz mәqsәdin nәdәn ibarәt olduğuna yalnız siz qәrar
verә bilәrsiniz. Eyni vaxtda iki obyekt üzәrindә konsen-
trasiya etmәk sizi çaşdıracaq, düşüncәlәriniz dolaşacaq
vә bu mәngәnәdәn xilas olmaqda çәtinlik çәkәcәksiniz.
Şüurunuza әmr versәniz ki, yalnız bir obyekt barәdә
düşünmәk istәyirsiniz, arzuladığınız kimi dә olacaq.

Konsentrasiyanın gücündәn necә istifadә etmәk öz
ixtiyarınızdadır. Güclü tәxәyyülә malik olmağı arzu
etsәniz, obraz üzәrindә konsentrasiya edib onu yaxşı
oynayacaqsınız. Növbәti konsentrasiyanın mәqsәdi fәrqli
– sәhnәdә yaşadığınız hisslәri tamaşaçıya çatdırmaqdan
ibarәt ola bilәr. Bu mәqsәdlә tәrәf-müqabillәr ilә qur-
duğunuz әlaqәlәrdәn istifadә etmәk mümkündür. Belә bir
fәnd dә kömәyinizә gәlә bilәr: tamaşanın әvvәlindә,
sәhnәyә ilk gәlişdә dolayısı yolla tamaşaçıya çatdırırsınız
ki, oynadığınız qәhrәmanı әsәrin sonunda nә gözlәyir.
Bunu tamaşaçıya güclü konsentrasiyanın vasitәsilә söy-
lәmәk mümkündür. Mәsәlәn, mәn Kral Liri oynayanda
tamaşanın әvvәlindә adi obrazam, amma tamaşaçıya elә
bir qığılcım göndәrә bilәrәm ki, o, nәfәsini çәkib böyük
intizarla finalı – kralın taleyinin necә olacağını göz-
lәyәcәk.

48

Bütün bu fәndlәr üçün yalnız konsentrasiyadan isti-
fadә olunmalıdır, onsuz heç nә әldә etmәk mümkün deyil.
Lakin bu işin tәhlükәli cәhәti dә var. Bir xәtt üzrә oyna-
maq әvәzinә, siz müxtәlif xәtlәri bir-birinә qarışdırıb
özünüzü çaşdıra bilәrsiniz. Buna görә dә çәtinliklәrdәn
qorxmayın, başladığınız işә sәbirlә yanaşın vә rol üzә-
   43   44   45   46   47   48   49   50   51   52   53