Page 51 - Peşəkar aktyorluq dərsləri
P. 51
Sәnәtkar fәrdiliyinin iki növü mövcuddur. Bunlardan Peşəkar aktyorluq dərsləri
biri yaradıcılıq prosesinin әleyhinә, digәri isә lehinәdir.
Özü dә ikinci növ bilavasitә yaradıcılığın әn yüksәk
fazası ilә bağlıdır. İlk növbәdә, fәrdiliyin hansı cәhәt-
lәrinin bacarığımıza vә ruhumuza daha yaxın olduğunu
müәyyәn etmәliyik. Yalnız bundan sonra fәrdiliyi inkişaf
etdirib güclәndirmәk, genişlәndirmәk, ya da onu zәiflәdib
“hәvәskar” sәviyyәsinә endirmәk olar. Bәdәn, sәs vә
emosiyalar hәrәkәtә gәldiyi andan addım-addım peşәkar
aktyor texnikasının ali sәviyyәsinә yaxınlaşmağa başla-
yırıq. Yalnız bu texnikaya yiyәlәndikdәn sonra sәnәtkar
fәrdiliyinin inkişaf prosesinin yeni mәrhәlәsinә start
vermәk olar. Bu proses necә baş verir?

Mühit

Yaradıcılıq prosesinin müәyyәn mәrhәlәsindә ilk 51
növbәdә sәnәtkar fәrdiliyi işә düşür. Bәs fәrdilik aktiv-
lәşmәzdәn әvvәl nә baş verir? Sәnәtkar fәrdiliyi oynaya-
cağımız rol üçün yaratdığımız mühitin içәrisindә
dolaşmağa başlayır. Amma hәmin anlarda bu mühitin
nәdәn ibarәt olduğunu tam dәrk etmirik. Mәlum olan
yalnız budur ki, sәnәtkar fәrdiliyimiz müәyyәn bir
mühitin әhatәsindәdir vә artıq qәlbi riqqәtә gәtirmәyә,
hisslәri oyatmağa başlayıb.

Bәzәn bizә rol tapşırılanda dodaq büzüb deyirik: bu
rol heç ürәyimә yatmır, yaxud mәnә uyğun deyil. Bu fikir
haradan yaranır? Hansısa hiss bizi bu işdәn çәkindir-
mәyә, әl saxlayıb düşünmәyә mәcbur edir. Hisslәrimiz,
içindә olduğumuz mühit, daha doğrusu, fәrdi mühit bizә
deyir ki, aktyor bacarığımız vә qabiliyyәtimiz bu rolun
mәziyyәtlәri ilә uzlaşmır. Bizim üçün bu mühiti dәrk
   46   47   48   49   50   51   52   53   54   55   56