Page 49 - Peşəkar aktyorluq dərsləri
P. 49
dә bacardıqca çox işlәyin, әmin olun ki, qarşıya qoy- Peşəkar aktyorluq dərsləri
duğunuz mәqsәdә çatacaqsınız.
49
– Mәn hiss edirәm ki, bu otaqdakı adamların kon-
sentrasiya etmәk sәviyyәsi müxtәlifdir. Amma konsen-
trasiyanın sәmәrәli bir vasitә olması barәdә bizim
geniş bilgimiz yoxdur. Mәncә, bunun daha geniş
izaha, tutarlı sübutlara ehtiyacı var. Bu barәdә fik-
rinizi bilmәk maraqlı olardı...

– Әslindә, mәnim kömәyimә o qәdәr dә ehtiyac yox-
dur. Hәr şey sizin düşüncә qabiliyyәtinizdәn, fikirlәri
cәmlәşdirmәk bacarığınızdan asılıdır. Konsentrasiya özü
bütün sirlәri sizә agah edәcәk. Şübhәsiz, tәqdim etdiyim
müәyyәn çalışmalar әsasında konsentrasiya bacarığınızı
mәşq etdirә bilәrsiniz. Mәsәlәn, adi stulu götürәk.
Tәsәvvürünüzdә onu inәyә çevirmәyә çalışın. Bu, çox
çәtindir! Yaxud fincana çay süzürsünüz, indi isә bunun
әksini – fincanın çaya süzülmәsini tәsәvvürünüzdә can-
landırın. Düşünün ki, irәli yox, geri addımlayırsınız. Real
hәyatda bunu etmәk o qәdәr dә çәtin deyil. Amma tәsәv-
vürdә canlandırmaq üçün konsentrasiyaya böyük ehtiyac
var. Әgәr bu zaman beyniniz yorulursa, demәli, düşün-
cәlәrinizdәn sәmәrәli istifadә etmәyi bacarmırsınız.
Çünki әsl konsentrasiya beyni tam zәbt etmir, әgәr
yorğunluq hiss edirsinizsә, prosesә ara verin. Düşün-
cәlәrimizi obyekt üzәrinә daha çox yönәltdikcә beynimiz
bu informasiyadan necә istifadә etmәk barәdә “düşünür”.
Riyaziyyatçılar beynin imkanlarından istifadә etmәk-
dәnsә, saymağı üstün tuturlar. Hesabı öyrәnәndә yorulur-
san, ancaq bilgi beyninә hәkk olunandan sonra yaddaşın
kömәyi ilә çәtinlik çәkmәdәn hesablayırsan. Şahmatı әllә
oynayırlar, ancaq burada әsas hәrәkәtverici qüvvә beyin
   44   45   46   47   48   49   50   51   52   53   54