Page 44 - Peşəkar aktyorluq dərsləri
P. 44
Mixail Çexov

Amma bu tәxәyyülün yaranma üsulları bilavasitә
konsentrasiyanın növündәn vә gücündәn asılıdır. Aktyor
bütün varlığı ilә obrazın daxilinә girir, rolun mәziyyәt-
lәrini, sәs tembrini müәyyәn edәrәk sanki onlarla qovu-
şur. İndi aktyor yalnız cismani cәhәtdәn özüdür, bütün
qәlbi, hisslәri vә düşüncәlәri isә obraza mәxsusdur. Rol
üzәrindә işlәyәrkәn konsentrasiyaya geniş mәkan vermәk
dә olmaz, fikirlәrin cәmlәşdirilmәsi aktyorun daxilini
tamamilә dәyişmәmәlidir. Әgәr hisslәriniz sizә konsen-
trasiyanın müәyyәn nöqtәsinә çatdığınıza işarә edirsә, bu
proses dәrhal dayandırılmalıdır, yәni obraza nәzarәt
etmәyә başlamalısınız. Bundan sonra sәhnәdә hәr şey öz
axarı ilә davam edәcәk, siz danışır, gәzir, siqaret çәkir,
yemәk yeyirsiniz, konsentrasiya sizә әsla mane olmaya-
caq, mühitlә, şәraitlә ahәng tәşkil edәcәk.

Konsentrasiya

– Hisslәrimi sadә kibrit qutusunun üzәrindә cәm-
lәşdirmәyә mәcbur edә bilәrәm. Amma bu konsentra-
siya tәkcә kibrit qutusu ilә bağlı olmamalıdır.
Düşüncәlәrim hәmin kibrit qutusu ilә әlaqәli olan baş-
qa nәyinsә üzәrindә cәmlәşmәlidir ki, mәndә maraq
doğursun, qәlbimi riqqәtә gәtirsin. Sadә bir әşya –
yalnız kibrit qutusu daxilimdәki hisslәri oyada
44 bilmәz.

– Әgәr obyekt yalnız әşyadırsa, bu, konsentrasiyanın
inkişafı üçün tәcrübә rolunu oynayır. Siz bu әşyanı görür
vә müşahidә edirsiniz. Hiss vә duyğuları obyekt üzәrindә
cәmlәşdirmәnin iki әsas variantı var. Әslindә isә bu
variantların sayı çoxdur. Mәqsәdә nail olmaq üçün kon-
sentrasiyadan istifadә etdikdә bir çox mәtlәblәri dәrk
   39   40   41   42   43   44   45   46   47   48   49