Page 43 - Peşəkar aktyorluq dərsləri
P. 43
atmır, o, unutmağa çalışdığı fiziki vә mәnәvi ağrıları
yenidәn yaşamaq mәcburiyyәtindә qalmır.

Obraz Peşəkar aktyorluq dərsləri

Obrazın yaradılması konsentrasiyanı mühüm bir ele- 43
ment kimi ön plana çәkir. Burada әsas mәsәlә tәsәvvürün
konkret tәzahürüdür, bu konkretliyә isә yalnız konsen-
trasiya sayәsindә nail olmaq mümkündür. Aktyor gәrgin
mәşqlәr sayәsindә tәsәvvürünü konkret tәzahürә çevir-
mәyi bacarmalı vә rol üzәrindә işlәyәrkәn bu tәzahür
onun gözlәri qarşısında tam canlanmalıdır. Sanki hәmin
obraz aktyorun bәdәninә girib vә indi o, hәmin obrazın
dili ilә danışmalı, onun xarakterinә uyğun hәrәkәt etmә-
lidir. Mәsәlәn, aktyor oynamazdan әvvәl belә düşün-
mәlidir: Hamlet bu monoloqu söylәyәndә harada vә necә
dayanıb? Onun üzünün cizgilәri nәyi ifadә edib vә sairә.
Konsentrasiya sayәsindә bu obraz özü qarşınızda peyda
olur.

Dәfәlәrlә belә bir faktla qarşılaşmışam: aktyor
hazırlıq prosesindә rol ilә heç bir әlaqәsi olmayan kitab
oxuyur. Qәribәdir, aktyor bütün fikrini rol üzәrindә
cәmlәşdirir, birdәn hiss edir ki, yaradacağı obraz ondan
bu kitabı oxumağı “tәlәb” edir, başqa sözlә desәk, yәni
әgәr aktyor hәyatda Hamlet olsaydı, mәhz bu kitabı
mütaliә edәrdi. Bunu aktyorla obrazın qarşıdurmasına
bәnzәtmәk olar. Lakin bu halda obraz daha güclüdür vә
şübhәsiz, üstün gәlir, aktyor әvvәl-axır kitabı bir kәnara
qoyub obraz üzәrindә işlәmәyә başlayır. Obraz hәtta real
varlıqdan da güclüdür, aktyor tәxәyyülünü elә bir
sәviyyәyә qaldırır ki, artıq obraza “yox” deyә bilmirsәn.
   38   39   40   41   42   43   44   45   46   47   48