Page 38 - Peşəkar aktyorluq dərsləri
P. 38
Mixail Çexov

ğımızı inkişaf etdirmәk arzusundayıq, yoxsa yerimizdә
saymaq istәyirik?

Düşünürәm ki, burada konsentrasiya bacarığı mühüm
rol oynayır. Bu bacarığı inkişaf etdirmәyincә biz nә
tәcrübә toplaya bilәrik, nә dә rolun incәliklәrini anlamağı
bacararıq. Konsentrasiyasız sanki әl-qolumuz bağlıdır.
Mәsәlәn, Kral Liri tәsәvvürdә ona görә canlandıra bilәrik
ki, qәlbimiz “ölüm yatağındakı ata” adlı ümumilәşdiril-
miş obrazlardan kifayәt qәdәr ruh alıb, onları unutmayıb.
Amma “ölüm yatağındakı ata”nı yalnız fәrdi, konkret
obraz hesab etsәk, o, ürәyimizi dağlayacaq, әsәblәrimizi
yerindәn oynadacaq vә nәticәdә Kral Liri tәsәvvürdә
canlandırmağı bacarmayacağıq. Demәli, konsentrasiya
“ölüm yatağındakı ata” obrazını ümumilәşdirmәyә, tә-
sәvvürü sürәtlәndirmәyә vә güclәndirmәyә xidmәt edir.

Atam dünyasını dәyişәndә bu, şәxsәn mәnim üçün
çox ağrılı bir faciәyә çevrildi. Bütün hiss vә düşüncә-
lәrimi atamın ölüm hadisәsi üzәrindә cәmlәşdirdim. Kon-
sentrasiyam elә bir sәviyyәyә çatmışdı ki, mәn bundan
“Kral Lir”dә istifadә edә bilәrdim, elә imkan daxilindә
yararlandım da. Әgәr konsentrasiya etmәyi bacarmasay-
dım, ömür boyu bu acını qәlbimdә gәzdirmәli olacaqdım
vә yaratdığım obrazlarda bu amildәn bәhrәlәnә bilmәyә-
cәkdim. Şübhәsiz, sәhnәdә göz yaşı tökәndә atamın, ana-
mın, sevimli ev heyvanımın, mәnә әziz olan, lakin

38

unutduğum adamların yoxluğuna ağlayıram. Onların
ruhu sanki mәnim daxilimә girib özlәri göz yaşı tökür.
Başqa sözlәrlә desәk, mәnim bәdәnim onların ruhu üçün
maddi bir varlıqdır. Demәli, konsentrasiya vәrdişimizi
müxtәlif üsullarla elә bir sәviyyәyә çatdırmalıyıq ki,
sәhnәdә lazımi mәqamda asanlıqla ağlamağı, gülmәyi
   33   34   35   36   37   38   39   40   41   42   43