Page 36 - Peşəkar aktyorluq dərsləri
P. 36
Mixail Çexov

– Sual aydındır. Nәdәnsә sәhnәdә oynayarkәn özü-
müzә vә “ölüm yatağındakı ata” fәndinә bәnzәr üsullara
arxalanırıq, halbuki tamaşanın bir proses kimi bütün
mahiyyәtini vә qayәsini araşdırmağa, onu dәrindәn anla-
mağa çalışmalıyıq. Biz isә öz şәxsi hisslәrimizә güvәnib
sәhnәyә çıxırıq. Pyesdәki xarakterlәrin bütün özәllik-
lәrini tәsәvvürdә canlandırıb fikirlәri cәmlәşdirmәyi
bacarsaq, istәdiyimiz effekt alınacaq.

– Necә deyәrlәr, “ölüm yatağındakı ata” tipli fәnd-
lәrin hamısından istifadә etmәk üçün ayrı-ayrılıqda
aktyor texnikası mövcuddurmu?

– Mövcuddur, ancaq şәxsәn mәn bu texnikadan yarar-
lana bilmirәm. Görünür, hәddindәn artıq emosional adam
deyilәm. Bir aktyor kimi bu texnikanı özümdә inkişaf
etdirmәyә çalışmışam – әn mükәmmәl bildiyim üsullara
әl atmışam, ya da hansısa obraza girib onun kimi düşün-
mәyә, yaşamağa başlamışam. Mәn “hәr şәraitә asanlıqla
uyğunlaşan emosional hәyat” terminini işlәdirәm. Mәni
sәhnәdә gülmәyә, yaxud ağlamağa mәcbur edәn sәbәb
nәdir? Bu sualın cavabını tapa bilmirәm. Yalnız ona
әminәm ki, bu bacarıq uzun illәrin sәhnә tәcrübәsi ilә
qazanılıb vә aktyor texnikamın özәyini tәşkil edir.

Konsentrasiya

36 – Konsentrasiya zamanı, yәni fikrimi bir obyekt
üzәrindә cәmlәşdirdiyim an tәsәvvürümdәn istifadә
edirәm, amma nәsә anlaya bilmәdiyim başqa bir hiss
yaranır...
– Elә biz dә mәhz buna can atırıq. Әgәr fikri, düşün-
cәni cәmlәşdirmәklә tәsәvvürü oyada bilmişiksә, demәli,
qarşıya qoyulmuş mәqsәdә nail olmuşuq.
   31   32   33   34   35   36   37   38   39   40   41