Page 31 - Peşəkar aktyorluq dərsləri
P. 31
minlәrә dә aydınlıq gәtirmәk lazımdır. Hәmin hisslәrә Peşəkar aktyorluq dərsləri
hәmişә inanmışam vә bu günlәrdә Stark Yanq da deyi-
lәnlәri bir daha sübut etdi. Bildirdi ki, “mühit”, “hiss”,
“qavrayış” ifadәlәrinin mahiyyәtini qәti müәyyәn etmә-
liyik, çünki bu sahәdә hәrc-mәrclik hökm sürür.

– “İstәk” impulsları deyәndә nәyi nәzәrdә tutursu-
nuz?

İstәk

İndi mәn yenә hәmin terminlәrә qayıdıb onları müx-
tәlif nöqteyi-nәzәrdәn tәhlil etmәliyәm. “İnsan iradәsi”
bizim üçün çox sadә bir şeydir. Nә baş verәcәyini qabaq-
cadan hiss edirsәn, amma iradә, mәtanәt, qәtiyyәt vә
inam sәni mәqsәddәn döndәrә bilmir, başqa sözlәrlә
desәk, iradә mәqsәdә çevrilir. Düzdür, bunu Stanislavski
deyib, amma mәn ora kiçik bir әlavә etmişәm. İcazәnizlә,
onu diqqәtinizә çatdırım.

Mәqsәd

Tәklifim budur ki, mәqsәdi, nәticәsini görmәk istә- 31
diyimiz bir işә can atmaq kimi adi anlamda qәbul et-
mәyәk. Mәqsәd mәnim üçün sәhnәdә görәcәyim işdәn
ibarәtdir. Mәsәlәn, qadının әlini sıxıb salamlamaq istә-
yirәm. Әgәr tәsәvvürümdә bu hәrәkәti canlandıra bilmi-
rәmsә, onun әlini necә sıxacağam? Onda bu, dәrrakәdir,
işi şüurlu surәtdә görmәkdir. Amma qadının әlini sıxmaq
anını gözlәrim önündә canlandırsam, demәli, mәqsәdim
aydındır vә bu mәqsәd istәyimә nәzarәt edir.

Baş verәcәk hadisәni әvvәlcәdәn duymaq vә görmәk
– bu, hәqiqi mәqsәddir. Gәnc aktyor kimi Stanislavskinin
   26   27   28   29   30   31   32   33   34   35   36