Page 26 - Peşəkar aktyorluq dərsləri
P. 26
Mixail Çexov

tamaşaçıya çatdıra bilәrik, izlәyicilәr isә bu gözәl oyun-
dan doğan işığın nuruna boyanar vә oyunla nә demәk
istәdiyimizi anlayarlar. Aktyor iradәsi dә bu işә tәkan
verәr.

Aktyor xarakterinin inkişafı

Birinci dәrsin sonunda biz aktyor xarakterinin inki-
şafından danışacağıq. Bunun üçün vaxtaşırı treninq vә
mәşqlәr keçirmәk hәmçinin xarakter cizgilәrinin cilalan-
ması üzәrindә ciddi çalışmaq lazımdır. Bu tәlimlәr bәzәn
uzun vә cansıxıcı görünә bilәr, amma sәmәrәsi böyük
olacaq vә anlayacağıq ki, vaxtı hәdәr yerә itirmәmişik.

Mәsәlәn, pyes dörd hәftә әrzindә sәhnәyә qoyulma-
lıdır. Kollektivdә gәrgin iş gedir, düşünә bilәrsiniz ki,
belә bir vaxtda xarakterin cilalanması üzrә treninqә ehti-
yac varmı. Yaradıcılıq prosesinin bütün mәrhәlәlәrindә
aktyor tәlimi çox vacibdir vә onu vaxt itkisi adlandırmaq
düzgün deyil. Belә treninqlәrdәn sonra özünüzü çox rahat
vә xoşbәxt hiss edәcәksiniz – gülüb-danışacaq, hәtta
mahnı da oxuyacaqsınız. Treninqlәr sizә müәyyәn
mәqamları daha tez anlamağa, düzgün qәrar çıxarmağa,
hisslәri lazımi istiqamәtә yönәltmәyә kömәk edәcәk.
Mәsәlәn, xarakterin müxtәlif cәhәtlәri ilә bağlı tәlimdәn
sonra “Otello” tamaşasına tam fәrqli nöqteyi-nәzәrdәn
baxacaq, әsәrin qayәsini başqa ampluada görәcәksiniz.
Digәr mәqam, әvvәllәr sәhnәdә utancaqlıq әlamәti olaraq
26 әliniz cibinizdә gәzirdiniz, amma indi anlayacaqsınız ki,
әllәrin funksiyası tamam başqadır vә onların vasitәsi ilә
konkret mәqamda tamaşaçıya çox şey “demәk” olar. Belә
nümunәlәrin sayını artırmaq olar. Demәli, düzgün tәlim
sayәsindә pyesi dörd hәftәyә yox, iki hәftәyә dә
sәhnәlәşdirmәk mümkündür.
   21   22   23   24   25   26   27   28   29   30   31