Page 25 - Peşəkar aktyorluq dərsləri
P. 25
dir, inkişafdadır, bu, sonsuz bir prosesdir. Әgәr yuxa- Peşəkar aktyorluq dərsləri
rıda adını çәkdiyim üç amili – ideya, hiss vә impulsu
vaxtında müәyyәn edә bilsәk, teatr metodlarının kömәyi
ilә onları lazımi anda tәtbiq etmәyi bacaracağıq.

Mәqsәd

Stanislavskinin metoduna müraciәt edәk. Dahi aktyor
“mәqsәd” barәdә qiymәtli fikirlәr söylәyib. Aktyorlar
tez-tez mәqsәdi istәklә sәhv salırlar, çünki mәqsәd
mәnim sәhnәdә göstәrmәk istәdiyimdir, yәni bir aktyor
kimi qarşıma qoyduğum vәzifәdir. Mәqsәdә doğru can
atmalıyıq, başqaları ilә münasibәtdә açıq olmalıyıq ki,
bizi başa düşsünlәr, hisslәrimiz daim bulaq kimi qayna-
malıdır. Mәqsәdi anlamaqla, ürәyin sәsinә qulaq
vermәklә yәqin edәcәksiniz ki, daxiliniz hәrәkәtdәdir,
tәlatümdәdir. Mәn tamaşaçının qarşısında әlimi, bәdә-
nimi, gözlәrimi tәrpәdә bilәrәm, amma mәqsәdimi da-
xilimdәki hәrәkәtlilik, tәlatüm bәyan edәcәk.

İşıq saçan aktyor

Nәzәriyyәdә belә bir ifadә var: işıq saçmaq. Onu belә 25
izah edirlәr: ustalığın, bacarığın tamaşaçıya tәqdim
edildiyi anlarda doğan hisslәr. Әlbәttә, aktyorun işıq
saçması heç dә asan deyil. Bunun üçün bütün bacarıq vә
qabiliyyәt, әn әsası, iradә sәfәrbәr olunmalıdır. Aktyor
sәhnәdә adi sözlәr deyir, ora-bura gәzişir, müxtәlif
hәrәkәtlәr edir, amma duyğuları, fikirlәri işıq saçır. Bu,
aktyorun varlığından, vücudundan vә ürәyindәn gәlәn bir
şeydir. Әgәr düşüncә, hiss vә istәklәri bir araya gәtirib
oynasaq, demәli, qәlbdәn, ruhdan gәlәn әn incә hisslәri
   20   21   22   23   24   25   26   27   28   29   30