Page 22 - Peşəkar aktyorluq dərsləri
P. 22
Mixail Çexov

moniya yaratmaq üçün sәhnәdә necә oynamalı – bax bu
barәdә düşünün. Әgәr mәşq sayәsindә bәdәn bu hissi
nümayiş etdirmәyә hazırdırsa, sәhnә davranışınız mütlәq
kәdәr mühitinә uyğun gәlәcәk. Oyunun baş qayәsi belә
olacaq: “kәdәrdәn iztirab çәkirәm vә tәәssüflәnirәm”.
Bütün hәrәkәtlәriniz bu hissi bildirmәyә yönәlәcәk. Özü
dә heç bir sәbәb axtarmadan!

Ümumiyyәtlә, sәnәtimizdә sәbәb olmamalıdır, onu
axtarmağa heç ehtiyac da yoxdur. Aktyor sәbәbsiz
ağlamağa hazır olmalıdır, çünki o, sadәcә aktyordur. Әgәr
lazımi anda ağlaya bilmirsә, sәhnәni tәrk etmәlidir. Göz
yaşı tökmәk üçün atasının ölümünü, ya da başına gәlәn
digәr qәmli әhvalatları xatırlamaq mәcburiyyәtindә
qalıbsa, bu adam aktyor deyil. Әgәr heç bir sәbәb ol-
madan әsәbilәşib özümdәn çıxmağı bacarıramsa, demәli,
aktyoram. Amma hirslәnmәk üçün nifrәt etdiyim Hitleri
xatırlamağa mәcburamsa, onda mәndәn aktyor çıxmaz.
Hәr şey mәnim şüurumda baş vermәli vә ürәyimdәn
gәlmәlidir.

Әtrafımızda yaratmaq istәdiyimiz mühit tәsәvvürdә
canlanır, hәrәkәtlәrimiz onunla harmoniya yaradır, elә bu
an hisslәr doğur vә sәhnәdә böyük hәvәslә oynayırıq.
Növbәti addım mühitin aura yaratmasına nail olmaqdır.
Bu amili bacardıqca güclәndirmәk lazımdır, çünki ilham
22 pәrisinin bizә bәxş etdiyini hökmәn tamaşaçıya çatdır-
malıyıq. Әgәr qurduğumuz mühit başqalarına da sirayәt
edibsә, onu istәnilәn qәdәr genişlәndirmәk mümkündür.

Burada gizli bir mәqam var. Biz mühiti әlimizdә bәrk-
bәrk saxlayıb, ondan yalnız özümüz hәzz ala bilәrik, bu
tәqdirdә mühit mәhv olacaq. Әksinә, onu digәrlәri ilә
paylaşdıqca güclәnәcәk. Dünyanın bütün ölkәlәrindә ak-
   17   18   19   20   21   22   23   24   25   26   27