Page 18 - Peşəkar aktyorluq dərsləri
P. 18
Mixail Çexov

Mühit

Tamaşa müstәqil varlıqdır, “niyә” sualının doğurdu-
ğu ideyaların açılmasına xidmәt göstәrir. Bu ideyaların
tәzahürü olaraq sәhnәdә incә hisslәr, qәlblәri riqqәtә
gәtirәn mühit yaranır – biz bütün bunları sәhnә mühiti
adlandırırıq. Bu, tәk-tәk aktyorların sәhnәdә yaşadığı
hisslәr, hәyәcan vә arzular deyil, tamaşanın ümumi mühi-
tidir.

İcazәnizlә, “mühit” deyәndә nәyi nәzәrdә tutduğumu
dolğun misallarla izah edim. Yol qәzasını tәsәvvürdә
canlandıraq – hadisә baş vermiş mәkanda müәyyәn bir
mühit dolaşır. Sәhnәyә çıxırsınız, burada hamı vurnuxur,
oturub-durur, ya da hәrәkәtsiz dayanıb. Sәhnәdә nә baş
verdiyini başa düşmәzdәn әvvәl burada hökm sürәn
mühiti hiss etmәlisiniz. Kimin ürәyi hansı hisslәrlә döyü-
nür? Yol qәzasını araşdıran polis nәfәrinin hisslәri tam
fәrqlidir, amma mühiti yaradan onun hisslәri, duyğuları
deyil. Qәzada zәrәrçәkmiş şәxs tamam başqa hisslәr
keçirir, lakin bu da qәzanın mühitini yaratmır. Kәnarda
dayanıb ürәkağrısı ilә bu acınacaqlı mәnzәrәni seyr
edirik, bizim әhval-ruhiyyәmiz dә bu mühiti doğurmur.
Bәs mühiti kim yaradır? Heç kim! Qәza mühitinin
müәllifini tapa bilmәyәcәksiniz. Bununla belә, axı kimsә
bu mühiti yaradıb! Çox qәribә mәsәlәdir vә fizioloqlar
18 bunu izah etmәkdә acizdirlәr – onlar yalnız zәkanın gücü-
nә istinad edirlәr. “Bu mühit haradan doğulub vә onun
yaradıcısı kimdir?” sualına cavab tapmaq çәtindir, bәlli
olan budur ki, qәza yerindә bir mühit mövcuddur.

Başqa nümunә gәtirәk. Qәdim qәsrә gәlmisiniz,
әhval-ruhiyyәnizdәn asılı olmayaraq, qәsrin divarları
arasında hökm sürәn mühiti dәrhal duyacaqsınız. Bu
   13   14   15   16   17   18   19   20   21   22   23