Page 20 - Peşəkar aktyorluq dərsləri
P. 20
Mixail Çexov

hisslәrini bir-biri ilә bölüşmәyә utanırlar. Bәzәn bizә elә
gәlir, bәtnimizdә iblis gizlәnib vә әgәr kimәsә ürәyimizi
açmağa cürәt etsәk, iblis mütlәq bizi mәsxәrәyә qoyacaq.

Bu cür mәnfi hisslәrlә yaşayıb iblisin quluna çevril-
sәk, sәhnәdә heç bir mühit yarada bilmәyәcәyik vә
mәcbur qalıb tәkәbbürlü “MӘN” adlı fәrdi hissimizi
sәhnәdә tәqlid etmәklә mәşğul olacağıq. “MӘN” –
çevrәdәkilәr üçün çox maraqsızdır, onu sәhnәdәn
tamaşaçıya sırımağa çalışanda heç bir effekt vermir,
obraz mәnasız vә sönük alınır. Sәhnәdә “MӘN” kәnara
qoyulmalı vә әn tәsirli, qәlblәri oynadan hisslәr tәrәnnüm
olunmalıdır.

Mühit bizә nәfәs verir, әtrafımızda hüdudsuz fәza
yaradır. Mühit dәrin hiss vә emosiyaları, arzuları açıb
göstәrir. Sәhnәdә mühit yaranmayıbsa, demәli, aktyorla-
rın әl-qolu bağlıdır, oynaya bilmәyәcәklәr.

Sәhnәdә mühit yaratmağın müәyyәn yolları var, gәlin
bunu araşdıraq. Mühit tamaşanın “canıdır”. Yaşadığımız
mürәkkәb zәmanәnin hisslәrә, duyğulara böyük ehtiyacı
var. Mәnәviyyatımız azad deyil, çünki hәm özümüzün,
hәm dә sәnәt dostlarımızın ürәk çırpıntılarını dinlәmәk-
dәn çәkinirik. Әvvәlcә bir aktyor kimi özümüzü gündәlik
hәyatda bizi әhatә edәn mühiti öyrәnmәyә alışdırmalıyıq.
Bu işi şüurlu surәtdә görmәliyik. Qonaq getdiyiniz evdә,
yaxud idarәdә qarşılaşdığınız mühit barәdә fikir yürüdün,
20 onu dostlarla müzakirә edin. Tezliklә әmin olacaqsınız
ki, hәr yerdә mühit var – bәzisi güclüdür, digәri isә daha
qabarıq hiss olunur. Bu, mühiti anlamaq üçün ilk cәhdiniz
olacaq, yalnız bundan sonra mühiti sәhnәdә canlandır-
maq sahәsindә ilk addımlar ata bilәrsiniz.

Mәsәlәn, indi toplaşıb mühazirә dinlәdiyimiz bu
otağın mühiti göz qabağındadır vә çox güclüdür. Diqqәt
   15   16   17   18   19   20   21   22   23   24   25