Page 37 - Peşəkar aktyorluq dərsləri
P. 37
– Mәncә, bu iddia yanlışdır... Peşəkar aktyorluq dərsləri
– Konsentrasiyanın mәnbәyi aktyorun daxilindәn
doğan bir ehtiyacdır, hisslәr, düşüncәlәr toplanaraq 37
hәdәfә yönәldilir. Konsentrasiyanın kömәyi ilә yaradıcı
imkanlar sanki yenidәn kәşf olunur. Fәrdi hisslәri, daxili
tәlatümlәri necә vә hara yönәltmәk, lazımi anda diqqәti
cәmlәşdirmәk – bütün bu keyfiyyәtlәr aktyorun hazırlıq
sәviyyәsindәn asılıdır. Duyğuları idarә edәn hәr bir kon-
sentrasiyanın sirri yalnız aktyorun özünә mәlumdur.
Mәncә, axtardığımız bütün suallara cavab bilavasitә
konsentrasiyadan asılıdır. Mәnim anlamımda teatrda
ziddiyyәtlәr yoxdur. Fәrq yalnız ondadır ki, “ölüm yata-
ğındakı ata” barәdә düşünәndә aktyorun qarşısında daha
geniş mәziyyәtlәr açılır. Kifayәt qәdәr tәcrübә toplamış
sәnәtçinin hәr dәfә “ölüm yatağındakı ata”nı gözlәri
önündә canlandırmasına, düşüncәlәrini mәhz bu fәnd
üzәrindә cәmlәşdirmәsinә ehtiyacı yoxdur. Aktyora yal-
nız sәhnә mühitini duymaq, hisslәrini alovlandırmaq,
mәqamında qәhqәhә çәkmәk, yaxud göz yaşı tökmәk
qalır vә bütün bunlar bәdii emosiyaya çevrilir.
Әsas mәsәlә odur ki, biz tәxәyyülü vә konsentrasiyanı
daha da güclәndirmәyi bacaraq. Әminәm ki, bu müm-
kündür. Bәs bu amillәri inkişaf etdirmәk istәyimiz varmı?
Cavab müsbәtdirsә, demәli, mәqsәdә doğru inamla ad-
dımlayırıq. Bu mәqamda başqa sual doğur: “ölüm yata-
ğındakı ata”nı xatırlamadan aktyor tәxәyyülünü vә
konsentrasiyanı güclәndirmәyә qadirikmi? Yoxsa yenә
dә sәhnәdә bu fәndin kömәyi ilә oynayacağıq? Әgәr
ağlımıza bu fәnddәn başqa heç nә gәlmirsә, demәli,
sәnәtkar deyilik. Amma bir aktyor olaraq özümüzü
peşәkar sәnәtçi hesab ediriksә, bu fәnddәn necә qurtulaq?
Bir suala cavab tapmalıyıq: biz, hәqiqәtәn, peşәkarlı-