Page 60 - Peşəkar aktyorluq dərsləri
P. 60
Mixail Çexov

dolaşır. Sәrxoş kapitan qızlarla әylәnәn dәnizçilәrә
bildirir ki, heyәt sәhәr saat altıda gәmidә olmalıdır, ona
görә dә kef mәclisini tezliklә bitirmәk lazımdır...

Bu sketç üçün iki mühit mövcuddur, siz bunu evdә dә
mәşq edә bilәrsiniz. Bu mühit barәdә әtraflı düşünün,
tәsәvvürdә canlandırın vә özünüzü dә hәmin mühitә daxil
edin. Sonra sketçdә irәlilәyib yemәkxanadakı xәyali per-
sonajlarla söhbәt qurmağa çalışın.

Sәrbәstlik hissi

Hәr bir sәnәtkar özündә dörd keyfiyyәti inkişaf
etdirmәlidir. Rolun böyük vә kiçikliyindәn, mürәk-
kәbliyindәn vә mәziyyәtlәrindәn asılı olmayaraq, bu dörd
keyfiyyәt aktyorun istedad vә bacarığını üzә çıxarmalıdır.
Gәlin bunu sәrbәstlik hissi adlandıraq, çünki o, özündә
daha dәrin ifadә edilmiş sadәlik vә tәbiilik hisslәrini
birlәşdirir. Yәni әsәr nә qәdәr mürәkkәb, dramatik vә
çәtin görünsә dә, hәtta rolun öhdәsindәn gәlә bilәcә-
yimizә әmin olmasaq da, sәhnәdә sadәlik vә tәbiilik
hissini itirmәmәliyik. Mәhz bu tәqdirdә heyrәtamiz vә
bәnzәrsiz oyun, aktyor ustalığı nümayiş etdirәrәk rolun
bütün daxili alәmini, psixoloji mәqamlarını açıb göstәrә
bilәrik.

Fikrimi daha geniş izah etmәyә çalışım. Tәsәvvür
60 edin ki, pyesdә çox ağır, faciәli bir sәhnә var vә biz bu

epizodu böyük sәrbәstlik hissi ilә oynayırıq. Bәdәnin hәr
qarışı, hәr mәsamәciyi yüngüllüyü, sadәliyi vә tәbiiliyi
ifadә edir. İnanın, bu, tamaşaçıya xoş tәsir bağışlayacaq.
Amma sәrbәstlik hissinin әksinә olaraq, rolu pyesdәki
kimi ağır vә gәrgin tәrzdә ifa etsәk, bu, elә tamaşaçıda
da ağır, dözülmәz vә xoşagәlmәz hisslәr doğuracaq. Belә
   55   56   57   58   59   60   61   62   63   64   65