Page 63 - Peşəkar aktyorluq dərsləri
P. 63
imiz bu biliklәrdәn necә vә hansı mәqamda istifa- Peşəkar aktyorluq dərsləri
dәdәn asılıdır. Elә şeylәr var ki, tәcrübәdә onlardan daha
asanlıqla yararlanmaq mümkündür, mәsәlәn, mühit.
Ondan hәr bir aktyor istәnilәn sәhnәdә istifadә edә bilәr.
Sonradan anlayacaqsınız, mühazirәlәrdә tәcrübә ilә
uzlaşmayan nәzәriyyәdәn yox, әsl peşәkarlıqdan söhbәt
açıram.

İfadәli vә ifadәsiz oyun

Sizә bir neçә üsul öyrәdәcәyәm, onları hәr yerdә 63
tәtbiq etmәk mümkündür. Bu “fәndlәr” aktyor oyununu
daha ifadәli etmәyә qadirdir. Aktyorluq mәktәbindәki
gәnc tәlәbәlәrim üçün bu barәdә bilgi almaq hәlә tezdir,
ancaq siz artıq püxtәlәşmiş aktyorlarsınız, ona görә dә bu
fәndlәrdәn lazımi anda yararlana bilәrsiniz.

Әslindә, bu üsullara “fәnd” demәk dә olmaz, lakin
biz onu tәtbiq edәcәyiksә, qoy elә öz aramızda “fәnd”
adlandıraq. Bilirik ki, mühit sәhnәdә tәtbiq oluna bilәr,
burada hәm dә sәrbәstlik hissi mövcud olmalıdır, hәr iki
amil oyunu daha ifadәli etmәyә qadirdir. İndi sizә
söylәyәcәyim üsul isә sәhnәnin tәsirini bir az da güclәn-
dirmәkdә, onu daha da ifadәli etmәkdә yardımçınız ola-
caq.

Bir mühüm amili unutsanız, sәhnә hәrәkәtlәri ifadәsiz
alınacaq. Bu, insan varlığıdır! Aktyor, әslindә, böyüdül-
müş vә güclәndirilmiş canlı varlıqdır! Bu varlıq müәyyәn
bacarıqlara qadirdir. Biz nәsә edirik, nәsә danışırıq,
gözlәnilmәdәn әl saxlayırıq, qәfildәn susuruq, emosi-
yaları başlı-başına buraxırıq, bәzәn cilovlayırıq, sonra...
birdәn başqa iş görmәyә, başqa mövzuda danışmağa
başlayırıq. Söhbәti, emosiyaları, hәrәkәtlәri gözlәnil-
   58   59   60   61   62   63   64   65   66   67   68