Page 68 - Peşəkar aktyorluq dərsləri
P. 68
Mixail Çexov
4. İntim hәyat – şәhvәtli söhbәtlәr, sönük baxışlar,
taqәtsizlik, halsızlıq... Bu darıxdırıcı vә mәnasız hәyat
“diminuendo” (romantiklik) yaradır.
5. Qalmaqal, mübahisә, sәrxoş dәnizçilәr vә fahişәlәr
arasında sәbәbsiz vә mәnasız әlbәyaxa. Bu, fahişә ilә
dәnizçi arasında münasibәtlәrin dramatik inkişafına sә-
bәb olur. Diqqәt! Yaxınlaşmaqda olan faciә – uzun pauza.
6. Pauzadan mәrhәmәt yaranacaq. Dәnizçilәrdәn
birini mәsxәrәyә qoyurlar, әlә salıb gülürlәr, mәrhәmәt
özünü burada büruzә verәcәk, çünki acı hәyat bu
dәnizçini çarәsiz heyvan kimi küncә sıxışdırıb. Bu, bir
qәdәr dost mühitidir, lakin tәzahürü sәhvdir. Dәnizçi
üçün başına gәlәnlәr tәrs şillәni xatırladır, o, mәsxәrә-
lәrdәn vә tәnәlәrdәn inciyir. Bәlkә, bunları dostyana
qәbul etsin?
Biz düzgün mühitdәn başlayıb ondan yararlanırıq,
sonra birdәn mühiti itirir vә sәhv mühitin arxasınca düşü-
rük. Amma yolumuzu azsaq, hisslәri düzgün ifadә edә
bilmәyәcәyik. Yaxşı olardı ki, mühiti düzgün seçib onun
tәlәblәrinә uyğun hәrәkәt edәk vә hәr an qәlbimizdә onun
doğruluğunu, yәni düzgün yol seçdiyimizi tәsdiqlәyәk.
Mühiti düzgün tәsәvvür edib sәhnәdә düz xәtt boyunca
oynamağa çalışsaq, Brodvey sәhnәsindә uğur qazana-
cağıq.
68 Sәrbәstlik hissi
Araşdırdığımız başqa bir mәqam sәrbәstlik hissidir.
Gәlin bәzi çalışmaları tәkrar edәk. Әllәrinizi yuxarı
qaldırın vә elә tәsәvvür edin ki, onlar çәkisini tamamilә
itirib. İndi diz çökün. “Mәn enirәm” sözlәrini elә tәlәffüz
edin ki, sanki bu ifadә sizin sәrbәstliyinizi tәrәnnüm edir.