Page 72 - Peşəkar aktyorluq dərsləri
P. 72
Mixail Çexov

hәkk olunmuş real әşya. 2. Bizә qismәn tanış olan nәsә
real bir şey. 3. Tanıyıb bilmәdiyimiz, lakin fantaziya,
yaxud yaradıcılıqla bağlı olan bir şey.

Sәrbәstlik hissi

Bu çalışmanı başlamağın әn yaxşı yolu belәdir.
Tәsәvvürdә canlandırın ki, qәmlisiniz, әhval-ruhiyyәniz
pisdir, dәrd içindә üzülürsünüz. Sonra xoşbәxt, sevinc
dolu anlarınızı düşünün. Әhvalınızın bu iki vәziyyәtini
müqayisә edin. Bir-biri ilә tәzad tәşkil edәn bu anlarda
bәdәni necә mәşq etdirdiyinizә diqqәt yetirin. Әhval-
ruhiyyә şәn olanda sanki bәdәn çәkisini itirir, pәrvazlanıb
uçmaq istәyirsiniz. Amma qәm dәryasına batanda bәdәn
ağırlaşır, sanki üzәrinizә ağır yük qoyublar vә siz bu yükü
inildәyәrәk daşımaq mәcburiyyәtindә qalmısınız. Necә
dә fәrqli hisslәrdir! Belәliklә, әksliklәri bir-birindәn
fәrqlәndirmәyi bacardınız. İndi isә hәrәkәt etmәyә çalışın
vә sәrbәstlik hissini inkişaf etdirin.

Mәzmunundan asılı olmayaraq, sözlәri daha rahat vә
yüngül tәlәffüz etmәyә cәhd göstәrin. Әn mühümü odur
ki, bu sözlәr “necә” deyilir, hansı hisslәri çatdırmağa
xidmәt edir – bax mәhz bu, әsl sәrbәstlik hissidir. Mәz-
mun çox ağır, mürәkkәb vә cansıxıcı ola bilәr, lakin söz-
lәrin deyiliş tәrzi, intonasiya sәrbәstlik hissi yaratmağa
qadirdir.

72

Fәaliyyәt

Sәhnәdә dialoqa, yaxud hәrәkәtә hazırlıq, mәqamı
gözlәmәk, replikanı anında söylәmәk vә ya hәrәkәtә
başlamaq, pauzanın ölçüsünә riayәt etmәk – bu vәrdişlәri
hәyata keçirmәk üçün daxili impulsa malik olmaq
   67   68   69   70   71   72   73   74   75   76   77