Page 70 - Peşəkar aktyorluq dərsləri
P. 70
Mixail Çexov

cibdir, çünki fiziologiyanı mәşq etdirdikcә biliyimiz vә
bacarığımız artır. Demәli, mәşq, hәqiqәtәn, inkişafın
tәkanverici qüvvәsidir. Ona görә dә mәşqdәn yorulub
bezmәk lazım deyil, әn kiçik mәşqә belә böyük mәsu-
liyyәtlә yanaşmaq lazımdır.

Әllәri yuxarı qaldırıb aşağı salırıq, amma hәr dәfә bu
hәrәkәti yerinә yetirәndә ona nәsә yeni çalar qatmağa
çalışırıq, şüur bu hәrәkәti daha qabarıq, emosional
etmәyә köklәnir: “Bәs belә etsәm, necә olar? Bәlkә,
әllәrimi bu tәrzdә qaldırım? Görәsәn, kәnardan necә
görünür?” vә s. Hәr bir cәhddә hәrәkәti sanki ilk dәfә
yerinә yetirirmiş kimi davranırıq. Bu, vaxta vә enerjiyә
qәnaәt etmәyә imkan verir. Әgәr mәşq vasitәsi ilә hәrә-
kәtin yerinә yetirilmәsi tam cilalanıbsa, biz bu hәrәkәt
üçün nә әlavә vaxt, nә dә enerji itirәcәyik vә şüura hәkk
olunmuş bu hәrәkәti sәhnәdә qeyri-ixtiyari, çox asanlıqla
göstәrәcәyik.

Mühit

Çalışma üçün çevrәmizdәki mühit barәdә danışıb onu
tәsәvvürdә necә canlandırmağın yollarından söhbәt
açacağıq. Sonra hәrәkәt edib danışmağa başlayacağıq,
lakin bütün bunlar bizi әhatә edәn vә tәxәyyüldә canlan-
dırdığımız mühit ilә harmoniya tәşkil edib uzlaşmalıdır.
Bu, çalışmanın özәyini tәşkil edir. Şübhәsiz, mühitlә
70 әlaqәli olan bu çalışma yaradıcılıq potensialının oyanıb
inkişaf etmәsinә tәkan verәcәk.

Konsentrasiya

Konsentrasiya – eşitdiyimiz, yaxud tәxәyyüldә can-
landırdığımız fiziki obyekti seçib diqqәti onun üzәrindә
   65   66   67   68   69   70   71   72   73   74   75