Page 74 - Peşəkar aktyorluq dərsləri
P. 74
Mixail Çexov

Düz xәtt bizim üçün heç bir anlama gәlmir, bu xәtt
bizә lazım deyil, çünki sәnәtin ziqzaqvarı yollara,
döngәlәrә, eniş-yoxuşlara ehtiyacı var. Әgәr düz xәtt
psixologiyada, sәsdә vә s. şüurlu surәtdә istifadә edil-
mirsә, bu zaman güclü tәrәnnüm vasitәsinә çevrilir. Lakin
tamaşa düz xәtt boyunca inkişaf edirsә, çox cansıxıcı
alınır. Sonuncu dәfә biz bir sәhnәni mәşq edirdik – hay-
küy, qışqırıqlar, hadisәlәr elә әvvәldәn düz xәtt boyunca
gedirdi. Bunun әvәzinә ziddiyyәtlәri, çoxqütblü әksliklәri
tapmağa cәhd göstәrmәliyik, onları hәr yerdә aşkar etmәk
mümkündür.

Mәsәlәn, siz birinci cümlәni çox sürәtlә, ikincini isә
aramla deyә bilәrsiniz, yaxud әksinә, hәr iki halda nәsә
bir hiss oyanacaq. Hәtta sürәtli tempdә deyilmiş cümlә
dә ziddiyyәt doğurur. Bu ziddiyyәtlәri kombinә edib
birinci cümlәni sürәtlә, lakin asta sәslә, yaxud aramla,
ancaq ucadan söylәyә bilәrsiniz. Birinci cümlәni isti
tonda, ikincini isә soyuq tonda demәk dә mümkündür.
Mәzhәkәçi kimi hәmin iki cümlәni istәnilәn tәrzdә “oy-
natmaq” olar, bu iş hәm sizә, hәm dә tamaşaçıya әvәzsiz
zövq verәcәk. Çünki tamaşaçının düz xәtt boyunca
davam edәn oyuna baxmağa hövsәlәsi çatmayacaq, o
bezәcәk. Әgәr sәhnәdә çoxqütblü әksliklәr baş verirsә,
tamaşaçı ilә aktyor arasında harmoniya yaranacaq.

Bunu replikalarda, sәhnәlәrdә tәtbiq edә bilәrsiniz.
74 Mәsәlәn, “On ikinci gecә” әsәrindәki “şәrab zirzәmisi”

vә “mәktub” sәhnәlәrinә müraciәt edәk. Burada eyni per-
sonajlar iki dәfә qarşılaşırlar. Rejissor üçün bu, ziddiyyәt
tapmaqda çox faydalıdır. “Şәrab zirzәmisi” sәhnәsi bütün
fiziki şeylәr – yemәk, içmәk, qucaqlaşmaq vә s. üçün
әsas vә ciddi önәm daşıya bilәr. “Mәktub”, yaxud “bağ-
   69   70   71   72   73   74   75   76   77   78   79