Page 73 - Peşəkar aktyorluq dərsləri
P. 73
ımdır. Bu halda söz, hәrәkәt vә pauza bir-birini Peşəkar aktyorluq dərsləri
tamamlayacaq. Mәşq zamanı әllәrdәn çox istifadә edin,
bu, sonradan sizә real impuls verәcәk. Az sonra
fiziologiyadan vә onun hәrәkәtlәrlә әlaqәsindәn söhbәt
açacağıq. Rolun fәlsәfi vә psixoloji mәziyyәtlәrini
öyrәnmәk, sonra onun ağır vә qaranlıq dünyasına dal-
maq, çırpınaraq çıxış yolu axtarmaq әvәzinә, bәzәn
sәhnәdә xüsusi intonasiya ilә deyilmiş bir söz, yaxud
hәrәkәt bütün bunları әvәz edir, ona görә dә rolun
öyrәnilmәsi vә mәnimsәnilmәsindә aktyor fәndlәrindәn
bacarıqla istifadә etmәk lazımdır.

Mәqsәd

Mәqsәdlә bağlı çalışmaları yerinә yetirmәk üçün
әvvәlcә mәqsәdi müәyyәnlәşdirin, sonra isә elә tәsәvvür
edin ki, bu mәqsәd artıq reallaşıb.

Müqayisә

Sәhnәdә parlaq oyun nümayiş etdirmәyin digәr 73
yolları da var. Prinsip çox sadәdir. Әgәr bizә rol, yaxud
rollar tapşırılıbsa vә onun üzәrindә aylarla çalışırıqsa,
öncә bu rolları müqayisә edib ziddiyyәtlәri tapmalıyıq.
Ziddiyyәtlәr istәnilәn halda aşkar olunmalıdır. Mәsәlәn,
sizә bir neçә nümunә tәqdim edәcәyәm. Onlar göstәrir
ki, ziddiyyәtlәri hәr yerdә tapmaq mümkündür. Gәlin iki
cümlәni nәzәrdәn keçirәk: “İstәyirsiniz ki, mәn sizinlә
gedim?” “Mәn sizinlә getmәyәcәyәm!” Hәr iki cümlә
eyni tәrzdә sәslәndirilә bilәr. Bu, bir düz xәtt tәşkil edә-
cәk vә bu xәtt incәsәnәtin istәnilәn formasında zәifliyin,
kasadlığın tәzahürüdür.
   68   69   70   71   72   73   74   75   76   77   78