Page 136 - Peşəkar aktyorluq dərsləri
P. 136
Mixail Çexov

mәsuliyyәtlә yanaşırsa, rol üzәrindә işә tәhlillә başlayır.
Bu, böyük illüziyadır. Sәnәtimiz isә sintezdәn ibarәtdir.
O, tәhlil yox, sintez prosesidir. Nәyi tәhlil etmәliyik?
Hisslәrimizi, yaradıcılıq tәxәyyülünü? Orada tәhlil olun-
malı, açıb göstәrmәli heç nә yoxdur. Bu, işini asanlaş-
dırmağa çalışan aktyorların böyük illüziyasıdır vә
tamamilә sәhv yoldur. Belә başa düşürәm ki, düzgün yol
qәlbin, ruhun, Tanrının bәxş etdiyi istedadın, yaradıcılıq
fәrdiliyinin (bunu necә istәyirsinizsә, elә dә adlandırın)
bizә söylәdiyini sintez etmәkdәn ibarәtdir. Onun tәsiri
altında intuisiyaya arxalanıb әn sadә üsulu – jestlәri
seçirik.

Jestin yaranma prosesi sintezdәn keçir. Әgәr kifayәt
qәdәr inadkarlığımız varsa, vaxta qәnaәt etmәk istәyi-
riksә, özümüzü alimlәrin yox, aktyorların cәrgәsinә aid
etmәyi düşünürüksә, bu halda jest bizә bir çox mәziy-
yәtlәr bәxş edir. Başqa sözlәrlә desәk, bu mәziyyәtlәr
sayәsindә Don Kixotun әvvәllәr aktyor üçün qaranlıq
qalan xarakteri, onun söylәdiklәri, daxili alәmi vә s. göz
önündә canlanacaq. Bu tәxәyyül bizim daxili emosional
hәyatımızla ahәng tәşkil edәcәk, aktyorun inadkarlığını,
arzusunu vә yaradıcılığını bürüyәcәk. Yetәr ki, aktyor
yalnız bunu istәsin. Don Kixot obrazı bütün dolğunluğu
ilә dәrhal qarşısında peyda olacaq. Özünüzü tam hazır
hiss edәn kimi jesti nümayiş etdirә bilәrsiniz.
136 Bәlkә dә, bu, xudbin sәslәnir, әslindә isә belә deyil.
Biz mәşq zamanı oyanmış bütün tәәssüratlara açıq
olmalıyıq. Bu açıqlıq çox yüksәk sәviyyәyә qalxmalıdır.
Әgәr Don Kixotun jestini hәyata keçirirәmsә, özümü
düşünmәdәn Sanço Pansa rolunu oynayan tәrәf-müqa-
bilimә uyğunlaşdırmalı, bunu, ilk növbәdә, şüurla dәrk
etmәliyәm. Tәrәf-müqabillәrimin hamısını bircә-bircә
   131   132   133   134   135   136   137   138   139   140   141