Page 135 - Peşəkar aktyorluq dərsləri
P. 135
vәl onlarda rola nifrәt hissi yaranmağa başlayıb. Hәmin Peşəkar aktyorluq dərsləri
dahilәrin xәbәri yox idi ki, әn mürәkkәb rolları әn sadә
jestlәr vasitәsilә oynamaq mümkündür. 135

İlk mәrhәlәdә bu, kifayәt qәdәr mürәkkәb tәsir
bağışlaya bilәr, lakin jest dilini mәnimsәyib onu sevmәyi,
sınaqdan çıxarıb tәtbiq etmәyi bacarsaq, görәcәyik ki,
belә jestlәr tәşkilatçıya bәnzәyir. Hәmin tәşkilatçı
psixologiyamızdan yararlanaraq daha mürәkkәb şeylәri
ortaya çıxarmağa qadirdir. Mürәkkәb mәziyyәtlәr mәhz
bizә mәxsusdur, fәrdiliyi qoruyub saxlamağa kömәk edir.
Rol barәdә nә deyirlәr-desinlәr, tәnqidçilәr nә yazırsa-
yazsın, bu, heç dә mühüm deyil, başlıcası, aktyorun his-
siyyatı, duyğularıdır. Bu, bütün aktyorlar üçün çox vacib
prinsipdir.

Әgәr jestlәrin hamısını ustalıqla yerinә yetiririksә,
demәli, rolun bizә agah olan iri vә xırda cәhәtlәrini
menecer kimi bir yerә toplamış oluruq. Burada növbәti
psixoloji saxtakarlıq yaranır. Belә ki, şüurumuz hәmin
jestlәrlә mәşğuldur, istedadımız isә sәrbәst qalır, ona görә
dә fәaliyyәtsizliyә, susqunluğa mәhkumdur. Yalnız jest-
lәri araşdırıb anladıqdan sonra onları göstәrmәk istәyәndә
istedad işә düşәcәk. İstedad özünü mütlәq göstәrәcәk,
yaradacaq, heyran qoyacaq. Jesti dәfәlәrlә tәkrar edәndә
dәrhal nәsә qәribә, müәmmalı bir hisslә üz-üzә qalırsan.
Qәlbindә anlaşılmaz hisslәr baş qaldırır vә onları anında
duymağı bacarmalısan. Bax bütün sirr dә bununla bağ-
lıdır.

İstedadı kitab oxumaqla, filmlәrә baxmaqla qazan-
maq mümkün deyil. Bu, ilahi vergidir vә onun haradan
qaynaqlandığını kimsә bilmir. Amma intellektual tәhlil
bacarığından mәharәtlә istifadә edib bir çox mәtlәblәri
anlamaq, onu düzgün qiymәtlәndirib nәticә çıxarmaq
mümkündür. Aktyora rol tapşırılır, әgәr o, işinә vicdanla,
   130   131   132   133   134   135   136   137   138   139   140