Page 139 - Peşəkar aktyorluq dərsləri
P. 139
arığınızı işә salın. Mәn hәmin bacarığı psixoloji jest Peşəkar aktyorluq dərsləri
adlandırıram.
139
– Haqqında söhbәt açdığınız psixoloji jestә qayıt-
maq istәyirәm. Hiss edirsiniz ki, o jest bütün tama-
şanın vahid formasını, bitkin inkişaf xәttini yaradır?
Hәmin mәrkәzi jest tamaşanın ana xәttini tәşkil edә
bilәr. Aktyor bütün düşüncәlәrini bu jest vasitәsilә
rәmzilәşdirmәyә qadirdir. Sәnәtçi özünә әn yaxın vә
uyğun olan jesti seçmәk iqtidarındadır, ya yox?

– Әgәr tamaşanın ana xәttini tәşkil edәn jest tapılıbsa,
o, aktyorun daxili alәmini tәlatümә gәtirir. Hәmin jesti
dәyişmәyә ehtiyac varmı? Әsla! Digәr tәrәfdәn, istәyi-
nizә uyğun olaraq, tapdığınız jesti sonsuz sayda dәyişә
bilәrsiniz.

– Bu mәsәlәnin başqa aspekti barәdә fikir müba-
dilәsi aparmaq istәrdim. “Aya raket” adlı tamaşada
başıma bir iş gәlmişdi. Mәnә tapşırılmış rol premyera
gününә qәdәr әsla ürәyimcә deyildi. Hisslәrim mәni
aldadırdı. Premyera günü rolun sözlәrini tәkrarlayıb
mәşq edirdim. Birdәn sәslәndirdiyim cümlәlәr mәnә
qәribә tәsir bağışladı. Heç özüm dә bilmәdәn obrazın
xarakterinә tam fәrqli bucaqdan baxmağa başladım.
Diqqәtimi bir nöqtәdә cәmlәşdirib xәyala daldım.
Tәxәyyülüm işә düşdü vә qarşımda bir adam can-
landı. O, pәncәrәnin qabağında dayanıb qәribә ba-
xışlarını harasa uzaqlara zillәmişdi. Baxışlar sanki
onun bütün ömrünü әks etdirirdi. Bu cәhәt diqqәtimi
çәkdi vә gözlәrim önündә canlanmış obrazdan ruh
alıb rolu başqa cür oynamaq qәrarına gәldim. Bu,
gәrginliyimi azaltdı, dediyiniz kimi, jest sәhnә hәrә-
kәtlәrimә tәkan verdi. Başıma gәlәn bu işin indicә söy-
lәdiklәrinizlә әlaqәsi varmı? Mәncә, psixoloji jest
   134   135   136   137   138   139   140   141   142   143   144