Page 140 - Peşəkar aktyorluq dərsləri
P. 140
Mixail Çexov

qarşımda rolun mәziyyәtlәrini açdı. Bunun söylәnilәn
mәsәlә ilә oxşarlığı varmı?

Arxetip

– Bu, mürәkkәb vә psixoloji jest kimi mühüm mәsә-
lәdir. Zәnnimcә, başınıza gәlәn iş tamamilә başqadır.
Aktyor tәbiәtinә xas olan hәmin cәhәti “arxetip” adlan-
dırmaq olar. Söylәdiklәrinizin hamısını bu anlayışa daxil
etmәk mümkündür. Mәsәlәn, cәngәllikdә dolaşan pә-
lәnglәri götürәk. Onlar ölçülәrinә, çәkilәrinә görә müx-
tәlif olsalar da, hamısı pәlәngdir, yәni arxetipdir. Bu
anlayış bütün pәlәnglәr üçün bir növ açar rolunu oynayır.
Bunu necә istәyirsinizsә, adlandırın, amma ilk növbәdә,
biz hәmin arxetipliyi yaratmalıyıq.

Hәndәsi üçbucağın timsalında fikrimi bir qәdәr dә
aydınlaşdırım. Dünyada üçbucağın neçә növü var? Lakin
üçbucaq barәdә danışanda anlayırıq ki, o fiqur kvadrat
deyil. Çünki şüurumuzda üçbucağın arxetipi mövcuddur.
Çalışmalardan biri belәdir: üçbucağın bütün növlәrini
tәsәvvürünüzdә eyni vaxtda canlandırın, yәni bütün
geometrik fiqurları eyni zamanda xatırlamağa cәhd
göstәrin. Çalışmanı yerinә yetirmәklә daxilinizdә üç eyni
bucaq yaranacaq. Bunun mәnası belәdir: üçbucağın,
yaxud pәlәngin arxetipini dәrk etmisiniz, yәni pәlәngin
140 bütün xarakterik cәhәtlәrini bir yerә toplamağı bacar-
mısınız. Pәlәngin nәriltisini, caynaqlarını vә hәrәkәtlәrini
konkret bir heyvanın timsalına yerlәşdirmisiniz. Yaxud
kralın arxetipini götürәk. Yaxşı bilirik ki, kral hansı
yuvanın quşudur. Hәmçinin anlayırıq ki, nağıllardakı
hökmdarlar hәqiqi krallar deyillәr. Rumıniya kralını kral
Lir ilә necә eynilәşdirmәk olar? Real hәyatda bu, qeyri-
   135   136   137   138   139   140   141   142   143   144   145