Page 450 - antologiya
P. 450
Türkiyə ədəbiyyatı antologiyası

zәhmәt çәksә, Xızır imdadına yetişәr”. Biz bir iş görә
bilmәdik, amma şagirdimiz Zeynәb... Afәrin, dostluq bor-
cunu yerinә yetirdi.

Bir gün sonra yanıma bir qadınla bir kişi gәldi:
Zeynәbin xalası vә xalasının әriydi. Mәktәbimiz üçün gül
dәstәsi dә alıb gәtirmişdilәr. Tanışlıqdan sonra gәlişlәrinin
sәbәbini dedilәr. Xalası kövrәlmişdi: “Zeynәb danışanda
çox sarsıldıq. Yazıq uşaqlar nәlәr çәkir?!”

Zeynәbin xalasının әri qalxıb bir zәrf uzatdı:
– Müәllim, bu pulu uşağın ailәsinә çatdırarsız. Bizim
verdiyimizi bilmәsinlәr, qoy şagird yanımızda başıaşağı
olmasın. Deyәrsiz ki, yardımı mәktәb edir.
Zәrfin içindәki pulu onların yanında saydım: müәllim
maaşı qәdәr idi. Getmәk üçün icazә istәdilәr vә telefon
nömrәsi verdilәr ki, belә mәsәlәlәrdә çәkinmәdәn zәng
edim. Onlarla tanışlıqdan şәrәf duyduğumu söylәdim.
450 Üzlәrinә borcunu yerinә yetirmiş bir adamın sevinci qonan
bu müqәddәs insanları qapıya qәdәr ötürdüm.
Şagirdin anasını mәktәbә çağırdıq. Sәbәbini bilmәdi-
yindәn hәyәcanlıydı. Orta yaşlı olsa da, qoca görünürdü.
Çәkdiyi әzablar simasında әks olunmuşdu.
Direktor mәsәlәyә aydınlıq gәtirәndәn sonra dedi ki,
mәktәb hәmişә kömәk etmәyә hazırdı. Yazıq qadın sәs-
sizcә qulaq asırdı. Pәrt olmuş, günahkar kimi başını aşağı
әyib gözlәrini yerә dikmişdi. Onun bu halı adamı dәhşәtә
gәtirirdi.
Mәktәb direktoru zәrfin içindәki pulu qadına verәrәk
tәsәlli üçün bir neçә ürәkaçan söz deyәndәn sonra әlavә
elәdi ki, bundan sonra da imkan daxilindә yardım olu-
nacaq.
Qadın tәşәkkür elәdi. Gözlәrindәn axan yaş solğun
yanaqlarını islatmışdı. Sakitcә çıxıb getdi. Bir kölgә kimi
әriyib yox oldu.
Onun sevincindәn, az da olsa, bizә dә pay düşmüşdü.
   445   446   447   448   449   450   451   452   453   454   455