Page 446 - antologiya
P. 446
Türkiyə ədəbiyyatı antologiyası

uşaqlarının yolunu gözlәyir. Bax onlar sizlәrsiniz.
Atalarımız da deyib: “İnsanı yaşat ki, dövlәt sahibi
olasan!” Mәnә xeyir-duanız bәs edәr. Hәvәslәndirmәk
bizdәn, çalışmaq sizdәn, kömәk Allahdan!

Osman bәydәn gözümü ayıra bilmirәm. Әsәn әliylә
şirin çayı belә zorla qarışdıran bir adamın dağlar yaran
Fәrhad kimi ürәkli danışmağı xoşuma gәldi.

Sevinc içindәyәm! Nә deyәcәyimi bilmirәm. Hamıya
tәşәkkür edib әllәrini öpürәm. Anama xoş xәbәr vermәk
üçün evә qaçıram.

Dәhlizdә Çiydәmi görürәm. Düz qabağımdadır!
Dilim tutulub! İçimi isidәn bir cüt yaşıl göz... Ürәyimә su
içmәk üçün qonaq gәlәn ceyran balası kimi... Sürәtlә bu-
radan uzaqlaşıram.

446
   441   442   443   444   445   446   447   448   449   450   451