Page 449 - antologiya
P. 449
Sırrı 449
üçün gәlә bilmir. Mәsәlә yavaş-yavaş aydın olmağa
başladı.
Mülayim sәslә soruşdum:
– Bәs nә ilә dolanırsız?
– Anam qonşuların evini tәmizlәmәyә gedir. Axır
vaxtlar әlindә iş dә yoxdu...
– Neçә uçaqsınız?
– Üç. Üçümüz dә oxuyuruq. Anam bizә baxmaq üçün
dәridәn-qabıqdan çıxır. Evә gәlәndә o qәdәr yorğun olur
ki, qorxuruq, xәstәlәnәr.
Atasının niyә hәbs edildiyini soruşmadım. Lazım da
deyildi. Yazıq qızı bu sualla incitmәk istәmәdim. Dediyinә
görә, qardaş-bacıları da onun vәziyyәtindә idi.
– Bildiyiniz bir yer varsa, anam hәr işi görәr. Mәn dә
kömәk edәrәm ona.
Tәnәffüsdә yemәk almaq üçün pul verib sinfә yola
saldım. O gedәndәn sonra düşündüm ki, mәnә dәrdini
açanadәk, Allah bilir, nә qәdәr sarsıntı keçirmiş bu qızın
ailәsinә tez bir zamanda kömәk etmәk lazımdı.
Mәsәlәni elә o saat direktora danışdım. Mәktәbә
yardım fonduna müraciәt elәdik. Tәrslikdәn bu fond bir
hәftә sonra ümumi iclas keçirәcәyi üçün hesablarını
bağlamışdı. Başqa yollar axtarmağa başladıq.
Şagirdin solğun bәnizi gözümün qabağından get-
mirdi. Elә ona yardım üçün yollar arayırdım ki, qapı dö-
yüldü vә şagirdim Zeynәb içәri girib hәyәcanla danışmağa
başladı:
– Müәllim, bizim sinifdә çox kasıb bir uşaq var. Özü
dәrdini demir, ancaq vәziyyәtlәri ürәkaçan deyil. Xalamın
әri çox varlıdı, hoteli var. Dünәn bizә gәlmişdi. Mәn bu
kasıb uşaqdan danışanda ona ürәyi yandı. Sabah günor-
tadan sonra mәktәbә gәlib kömәk etmәk istәyir. Amma
xahiş elәdi ki, sizi әvvәlcәdәn xәbәrdar edim.
Eşitdiklәrimә inana bilmirdim. Bu, bir zarafatdı,
görәsәn? Mәn iki gündü, çıxış yolu axtarıram, gör indi bu
qız gәlib nә deyir... Atalarımız boş yerә demәyib ki, “Qul