Page 452 - antologiya
P. 452
Türkiyə ədəbiyyatı antologiyası

XOŞBӘXT OLASAN

Sәhәrin alatoranlığı çәkilib getdi, hәyәtә sarısı bol
olan parlaq bir işıq düşdü. Uşaq çeynәdiyi tikәlәri
tәlәsik udarkәn babasına baxır, gözünü ondan çәkә
bilmirdi.
– Ay bala, yavaş ye, nә olub, dünyanın axırıdı? – Ana-
sı dedi.
Uşaq babasına, “haydı” deyirmiş kimi, bir dә baxdı.
Sonra süfrәnin әtәyini dizlәrindәn çәkәrәk, üstünә yağ
çәkilmiş bir dilim çörәk götürüb qalxdı.
– Yerә tökmә, tәzә yığışdırmışam.
– Ana, tökmürәm.
Çöl qapını cırıldadıb açdı. Aşağı enәn küçәyә baxıb
452 babasıyla birlikdә addımladıqlarını xәyalından keçirdi.
Quş kimi çırpınan, ancaq uçub-getmәk bilmәyәn bir qorxu
içindәydi. “Mәktәbdә oxudacam sәni” – demişdi babası.
Fotoqrafın yanına gedәndә dә eyni sözlәri demişdi. Daş
pillәkәnlәrdәn aşağı enib qaranlıq bir otağa girmişdilәr:
içәridә nәmişlik vә havasızlıq var idi. Divarların birindәn
asılmış zoğalı rәngdә mәxmәr pәrdәni toz basmışdı. Düz
onun qabağında oturmuşdular. Uşağa әn çox maraqlı gәlәn
üçayaq fotoaparat vә gözqamaşdıran işıqlar idi. Әvvәl
gördüyü fotoaparatlar nә belә böyük idi, nә dә ayaqları
vardı. Şәkil çәkilәndәn sonra işıqlar söndü. Ona elә gәldi
ki, mәktәb dә belә yerdir vә yәqin, müәllim dә bu qoca fo-
toqrafa bәnzәyir: sakit, qaraqabaq bir adamdı...
Mәktәb hündür hasarlı bağçada yerlәşirdi. Babası di-
rektorun otağına girәndә papağını çıxarıb:
– Ay direktor, oğullarımı oxuda bilmәdim, bunu oxu-
dacam, – dedi.
   447   448   449   450   451   452   453   454   455   456   457