Page 455 - antologiya
P. 455
həm Baran 455
nәvәsini mәktәb qapısında qarşılayıb evә aparardı. Son za-
manlar ayağının ağrısından gedә bilmirdi.
Anası dedi:
– Elә tәkidlә deyir ki, müәllimimi tәbrik elәmәyә
gedәcәm... Nә qәdәr desәk dә ki, qoca kişini hara dartıb
aparırsan, xeyri yoxdu.
Bayaqdan danışmayan atası çayından bir qurtum alıb
tәbәssümlә dedi:
– Mәnim balam düz düşünüb, afәrin!
Küçәyә axışan uşaqların sәsi hәr tәrәfә yayıldı.
– Qızım, şirniyyatı, lәblәbini hazırladınmı? Uşaqlar
bir azdan gәlәcәk. Gәl içәri keçәk! – Yaşlı qadın sәslәndi.
Qadınlar süfrәni yığışdırmağa başladılar.
Uşaq әvvәlki bayram günlәrini yaxşı xatırlayırdı.
Anası ona bir torba verәrdi, o da yoldaşlarıyla mәhәllә
evlәrini tәk-tәk dolaşıb şәkәr vә lәblәbi yığardı. O günәdәk
gәzmәdiyi küçәlәrin, dar dalanların sirrini bir andaca kәşf
edәrdi. Ancaq bazar onun üçün hәlә dә anlaşılmaz bir
mәkan olaraq qalırdı. Babası hәr dәfә onu bazarın fәrqli
bir yerinә aparardı. Saat qüllәsinә tamaşa elәdiyi o
bәrbәrxana, o pinәçi, o dәrzi, mәscidin qarşısındakı o
qәhvәxana... Babası qәhvәxanaya girәndә çıxmaq bil-
mәzdi. Salam verәn hәr kәsә çay alardı. Bәzәn evә fay-
tonla qayıdanda faytonçunun düz yanında oturar, atların
ayaqlarından çıxan nal sәslәrinә qulaq asmaqdan zövq
alardı.
Bu gün müәllimin әlini öpmәyә gedәcәk. Bәlkә dә,
müәllimi dә direktor kimi onun başını sığallayacaq,
yanaqlarından öpәcәk. Artıq әvvәlki kimi, müәllimin adı
gәlәndә qorxmurdu. Müәllimin o qaradinmәz, sәrtbaxışlı
fotoqrafa oxşamadığını sinfә ilk girәndә başa düşmüşdü.
– Haydı, gedib-gәlәk…