Page 595 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 595
ran Nÿzirli

Bәzәn anası da, qayınanası da, balaca qaynı Vidadi dә onlarla bir 595
çadırda qalırdı. Ortadan pәrdә çәkmişdilәr; arvadlar ayrı, kişilәr ayrı yatırdı.
Vә hәlә әrә getdiyi bu yeddi ildә Mәnzәr әri ilә doyunca yatmamışdı; bәzәn
vәziyyәt onların hәr ikisini sarsıdır, әsәblәrini sakitlәşdirә bilmirdilәr.

Mәnzәr dinmirdi, çünki dili qısaydı; uşağı olmurdu. Uşaq olsaydı,
başları qatışardı. Falçı qalmadı getmәsinlәr; Ağcabәdidәn, Gәncәdәn belәni
gәzib dolandılar. Bir alәm dә pul xәrclәdilәr, xeyri olmadı. Vә biri dedi qızın
böyrәklәri xәstәdi. Biri dedi ki, oğlanın böyrәklәri xәstәdi. Nә isә... Hәrә
bir söz dedi vә cavan әr-arvad vaxtından tez qocaldılar. Mәnzәrin üzü qırış-
landı, barmaqları kobudlaşdı, saçlarına dәn düşdü. Nә yaşı vardı ki! Cәmi
iyirmi beş! Әri dә onun kimi; bu yeddi ildә Mәmmәd elә bil yüz ton dәrdi
çiynindә daşıyan yaşlı kişilәrә bәnzәyirdi. Üzü dә tüklüydü hәmişә.

Mәnzәrlә әri yaşdan asılı olmayaraq, qocaldıqca onların әtrafında olan
doğmalar, yaxınlar, qohum-әqraba da elә bil onlardan güc alıb yaşlaşırdı.

Vә bu çadırın әtrafına yığışan adamların hamısı demәk olar ki,
yaşından qat-qat qoca görünürdü. Bu “qocalar” vә “qarılar” bu gün, bu
qәribә yay gecәsi yurd dәrdi çәkmirdilәr; kәnddәki bulanıq havanın hayında
deyildilәr. Bu adamlar doğuş gözlәyirdilәr vә bu doğuş onlar üçün, bәlkә
dә, havadan vacib idi.

Bu dәfә çadırdan Mәnzәrin anası Suğra xala çıxdı; o, heç kәsә çım-
xırmadı, tәlәm-tәlәsik әlindә bürmәlәdiyi әski-üskü parçalarını tәrli bәdә-
ninә yapışmış qırmızı-sarı zolaqlı donunun yaxalığına soxdu. O biri әlindә
tutduğu iri, yumru lәyәnçәni hıqqıldaya-hıqqıldaya arxın qırağına tәrәf
apardı.

Uzaqdan qayınanasını qan-tәr içindә bu vәziyyәtdә görәn hәsirә
dirsәklәnmiş Mәmmәd dik yerindәn qalxdı; birdәn-birә ona elә gәldi ki, bu,
onun arvadının, yәni Mәnzәrin әlli yaşlı anası deyil. Bu, çadırın içindә
ağrıları ilә baş-başa qalmış Mәnzәrin sanki doxsan yaşlı, beli donqarlaşmış
dopdoğmaca anasıdı; Suğra xala necә qocalmışdı, ay Allah!

Mәmmәd bir anlıq düşündü ki, yәqin, qayınanası hәmişә belәymiş;
amma arvad hәlә diridi, әlli-ayaqlıdı; paltar yuya bilәr, ya da tәndirә od
vurub çörәk bişirә bilәr…

Çadırın içindәn yenә qarmaqarışıq sәslәr gәlirdi:
– Allah, öldüm! Ayy! Mama, ölürәm, kömәk elә! Of! Allah! Allah! Ay!
Mama, qurban olum! Öldüm eyyy!
– Qorxma, başına dönüm, bir azca da döz! Qadan gәlsin maaa, ağrın
ürәyimә… Bıyy…
– Mәnzәr, bacın qurban, bir balaca da güc versәn, mürәxxәs olazsan
dayna!!!
   590   591   592   593   594   595   596   597   598   599   600