Page 593 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 593
ran Nÿzirli
– Bacımoğlu olan kimi atacam! – deyib çadırdan bir xeyli uzaqlaşdı. 593
Hardasa uzaqlarda, o çılpaq, alçaq dağların әtәyindә kәndin düz başının
üstündәki bulanıq buludların arasından ildırım çaxdı; göy elә bil at kimi
kişnәmәyә başladı. Nimdaş köynәkli kişi “şükür Allaha!” deyib yanındakı
qudasına elә bil gözaydınlığı verirdi. Abbas kişi isә tәrpәnmirdi, sanki
bununla demәk istәyirdi ki, yalançı gurultudu, inanma. Vә o, düz dә
fikirlәşirdi. Göy cәmi bir dәfә kişnәdi, ildırım cәmi bir dәfә çaxdı vә yenә
köhnә hamam, köhnә tas. Bürkü. Qara, bulanıq buludlar. Arxın sakit axan
suları vә qurbağaların qurultusu.
Çadırın içindәn sәs gәldi. Bu, sәs deyildi, Abbas kişinin gәlininin
çığırtısı, ufultusuydu. Adamın tüklәrini ürpәdirdi. İçәridәki arvadların sәs-
küyü dә götürmüşdü alәmi başına. Cavan gәlin mürәxxәs ola bilmirdi.
Qışqırırdı. Ufuldayırdı. Arvadlardan biri ona ürәk-dirәk verirdi:
– Özünü topla, başına dönüm, güc ver dayna! Bir az da... Hә...hә...
Yenә güc ver... Qorxma, gözümün işığı, qorxma! Allah-taala kömәyin olsun!
Bir az da güc versәn, azad olazsan! Qadan alım, darıxma, Allah yol açacaq!
Allah hәlә sәbirliydi, yol açmırdı vә cavan ananın bәtnindәki çağa,
deyәsәn, dünyaya gәlmәk, azad olmaq istәmirdi! Amma onun yolunu
gözlәyәnlәr çox idi; bütün qohum-әqraba, qonum-qonşu, el-oba. Vә o,
dünyaya gәlәn kimi, görәn, nә olacaqdı axı?
Düz yeddi il idi ki, onun yolunu gözlәyirdilәr vә yeddi il idi ki,
Mәnzәrin, hәmin o çadırın içindә qovrulan, ufuldayan Mәnzәrin bu işıqsız
çadırın brezent divarları arasında, bәzәn qupquru, bәzәn buz kimi donuq,
bәzәn isә nәmişlikdәn çürüntü iyi verәn torpaq döşәmәnin üstündә әrinә
arvadlıq elәyәn, qayınatası vә qayınanasına gәlinlik elәyәn, qardaşına
bacılıq elәyәn, anasına övladlıq elәyәn Mәnzәrin – uşağı olmurdu; ötәn qış
Mәnzәr birdәn-birә dedi ki, özündә dәyişiklik hiss elәyir, başı gicәllәnir,
ürәyi elә bil ağzına gәlmәk istәyir.
Mәmmәd, yәni әri, hәmin qәlyan çәkәn Abbas kişinin oğlu, buna
әhәmiyyәt vermәmişdi, amma Mәnzәrin anası Suğra xala dәrhal mәsәlәni
anlamışdı. Özünü o yerә qoymamışdı vә demişdi ki, yәqin, “Sana” yağın-
dandı; ya da o gün gәtirilәn humanitar yardım qarğıdalı yağından. Çünki
hәmin o qarğıdalı yağını qonşuları Sәkinәgil dә işlәdәndәn sonra özlәrini
pis hiss elәmәyә başladılar; uşaqlar başladı qusmağa; sәhәrәdәk su içdilәr,
qatıq içdilәr, qaytardılar. Vә heç kәs bilmәdi ki, bu yağın tәrkibindә nә vardı
belә?
Günlәr bir-birini әvәz etdikcә Mәnzәr özündәki sürәtli dәyişikliklәri
daha tez-tez hiss elәmәyә başladı vә nәhayәt, hamıya gün kimi aydın oldu