Page 592 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 592
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Çadırın içindәn qәfil çölә çıxan arvadlardan biri tәlaş vә hәyәcan içindә
üzünü arxın qırağında daş üstündә oturmuş vә yalın ayaqlarını suya sallayan
oğlan uşağına tutub әrklә çımxırdı:

– Әdә, Vidi, al bu vedrәni doldur bәri ver! Tez elәginәn!
Uşaq elә bil bunu gözlәyirdi vә vedrәni arvadın әlindәn qapıb arxa
tәrәf yüyürdü.
Bayaqkı qәlyan çәkәn Abbas kişi daşın üstündәn durdu, şalvarını çırpa-
çırpa üzünü arvadına tutdu:
– Vәziyyәt nә tәәrdi, ay Tәrlan?
– Yaman ağırdı... Bu mamaça da gәlib çıxmadı... Sancıları çoxalıb...
Yazıq qız day haldan düşüb ha...
O tәrәfdә dirsәklәnәn gәlinin әri sanki indi ayıldı, qulağını arxdan
çәkib anasına tәrәf boylandı.
592 – Nәnә, Rizvan mamaçanı hindilәrdә gәtirәr, deynәn bir az dözsün...
Tәrlan su ilә dolu vedrәni uşağın әlindәn alıb çadırın içinә girdi vә heç
o sәsin sahibinә, yәni oğluna tәrәf baxmadı da.
Oğlan uşağı nәnәnin tapşırığını yerinә yetirdiyi üçün özündәn razı
halda gәlib oturdu yenә hәminki daşın üstündә.
Tәkayaqlı, üzütüklü “qoca kapitan” uşağı yanına çağırıb, dedi:
– Vidi, get Lәtifdәn bir dәnә “Bakı”, ya da “Qarabağ” al gәtir. Deynәn
Rafiq dedi ki, yazsın dәftәrә... sora pulunu verәcәm...
Uşaq arx boyu uzanan ot-әlәf basmış cığırla götürüldü.
Çadırın içindәn hәmin o Tәrlan yenә hövllü çıxdı, baxdı ora-bura,
sonra oğlunun üstünә qışqırdı:
– Әdә, uşağı hara göndәrdin?
– Siqaretә... mәn göndәrdim, – deyә tәkayaqlı yeznәsinin yerinә cavab
verdi.
– Bә bunu kim doldursun? – arvad әlindәki boş vedrәni göstәrdi.
Gәlinin әri Mәmmәd yerindәn qalxdı, vedrәni arvadın әlindәn aldı,
arxın o başına, daşlıq tәrәfә könülsüz-könülsüz getdi. “Qoca kapitan” da
yerindәn qalxıb çәliyini götürdü vә arvada tәrәf gәldi:
– Tәrlan xala, nooldu axı?
Tәrlan rәngi-rufu kömür kimi qaralmış tәkayaqlıya әrklә dedi:
– Allah kәrimdi! Görәk dә noolur! Gecәyәdәk inşallah salamat qur-
tarar, – sonra onun siqaret sümürdüyünü görüb әrkyana acıqlandı: – Әdә, o
zәhrimarda nә görmüsәn? Öldürdü axı sәni! Bax gör sәni nә günә qoyub?
Bir dәrisәn, bir sümük!
“Qoca kapitan” güldü, sonra:
   587   588   589   590   591   592   593   594   595   596   597