Page 594 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 594
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
ki, Mәnzәr, yeddi ilin uşaq hәsrәtlisi artıq hamilәdi. Qarnı böyüdükcә
sevinirdi, gah ağlayırdı, gah da qәmli-qәmli durub alçaqboylu dağların
әtәyindә görünәn kәndlәrinә tamaşa edirdi.
Kәndin düz on kilometrliyindә bizim әsgәrlәr durmuşdu; ermәni
әsgәrlәri isә kәnddәydi; kәnd bir qәdәr yüksәklikdә yerlәşirdi; ordan aşağını,
düzәngahı görmәk çәtin deyildi. Amma atәşkәsә görә ermәnilәr güllә
atmırdılar vә hәm dә onlar atan kimi bizimkilәr dә başlayırdı atmağa.
Belәcә bir-iki saat atışandan sonra atәş sәslәri kәsilirdi vә bir dә
görürdün tüstü kәndi götürüb başına. Vә, yәqin ki, orda kiminsә ya ot tayası,
ya da evi yanıb külә dönәndәn sonra bu tüstü әrşә çıxırdı. Camaat danışırdı
ki, ermәnilәrin vecinә deyil; onların kәndi deyil ki? Ev-eşiklәri onlar
tikmәyiblәr ki, od düşәn kimi tez söndürsünlәr? Vә kәndin boş vә sahibsiz
qalmış evlәrinin hansı birinә od düşsәydi aram-aram yanıb kül olacaqdı.
Mәnzәrin qardaşı “qoca kapitan” deyirdi ki, ermәnilәr bunu bilә-bilә
594 edirlәr; bizә yanğı versinlәr, yәni ki, baxın, ay türklәr, sizin tifaqınız
gözünüz baxa-baxa od tutub yanır; dağı belә çәkәrlәr ha düşmәnә!
Vә hәrdәn bu cәhәnnәm istisiylә bacılaşan cin vururdu, “qoca kapi-
tan”ın tәpәsinә, gedib girirdi sәngәrә, әsgәrlәrә deyirdi ki, “adam kişi olar,
nә durub baxırsız! Dalınız yoxdu?! Verin bәri avtomatı, özüm gedәjәm!”
Bax belә.
Mәnzәrgil kәnddәn didәrgin düşәndә özlәriylә heç nә götürә bilmә-
mişdilәr vә elә öz canlarını götürüb qaçmışdılar.
İlk aylar haralara getmәdilәr; o vaqonda, bu çadırda, o tövlәdә, bu
mәktәbin uçuq-sökük binasında yaşadılar; axırda kәndin ağsaqqalları yığılıb
sözü bir yerә qoydular, gәldilәr bu düzәngahda yurd saldılar; qaçqınkomdan
gәlib dedilәr ki, burda olmaz; heç bir kommunikasiya vasitәsi yoxdu bu-
ralarda. Nolsun arxın qırağıdı? Hәm dә ermәnilәrin otuz kilometrliyidi,
tәhlükәlidi. Amma Mәmmәdin atası, hәmin o qәlyan çәkәn Abbas kişi
qәtiyyәtli kişiydi vә dedi ki, ya mәnim vә ailәmin meyitini görәcәksiniz, ya
da biz burda yurd salacağıq, kәndimizә yaxın olaq. Vә bunu da o ümidlә
demişdi ki, bu gün-sabah ermәnilәri qovacağıq, gedib oturacağıq evimizdә.
Amma o bu gün-sabah, bu bugün-sabah, oldu düz doqquz il. Vә bu gün bu
nöyüt lampasının zәif-zәif işıqlatdığı çadırın içindә qovrulan Mәnzәr
yatsaydı yuxusuna da girmәzdi ki, bir gün o, çadırda bax belәcә, hәkimsiz-
filansız, mamasız-mamaçasız uşaq doğacaq. Vә bu uşağı yeddi il gözlәsә
dә, yeddi ilin bütün ağrı-acısı, soyuğu-sazağı, xiffәti-intizarı canına-
sümüyünә işlәsә dә, düşünürdü ki, axır ki nәsә olmalıdı, belә qalmaz.
Ona görә dә dözürdü; lap bәzәn yemәyә bir şey tapmırdılar, yenә dә
deyirdi ki, ruzu Allahındı, o bilәn mәslәhәtdi. Allahın bildiyi mәslәhәti isә
bu çadırdan gizlәtmişdilәr; bu çadıra onun qәtiyyәn dәxli yoxuydu.