Page 405 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 405
if Nÿsib

– Yox, elә birinci külfәtini xәbәr aldı. Dedim yaxşıdılar, şükür. 405
– Bә demәdinmi...
– Yox, hara deyirәm. Cınqırımı çıxara bilmәdim.
– Sonra nә gap elәdi?
– Mәmmәrzә kişini soruşdu.
– Mәmmәrzә hamıdan kişi çıxdı, gәnә sağ olsun. Özüm, dedi, şenliyә
gәlәcәyәm.
– Hә, dedi, bir-iki günә ordayam, Mәmmәrzәyә de, evdә-eşikdә olsun.
Qocaların dәrdli-azarlı günlәri başladı, nә başladı. Ev dustağı oldular,
idarәnin qabağına çıxıb doyunca gap elәyә bilmәdilәr o xәbәr gәlәndәn.
Axır ki, gәlib çıxdı Omaroğlu. Maşını birbaşa Mәmmәrzә kişinin
doqqazına sürdürdü. Mәmmәrzә kişi saç-saqqalı çallaşmış, bircә gözlәri
әvvәlki kimi zәhmli qalmış qaynına baxanda doluxsundu, irәli yeriyib bәrk-
bәrk qucaqladı. İkisinin dә gözünün seli-suyu bir-birinә qarışdı. İkisi dә
dözümdә qaya parçası kimi şey idi. Bunu hәyatın özü dә sınamışdı o ki var.
İndi damlalar parçalayırdı bu sal daşları. Sonra Mәmmәrzә qapıdan içәri
buraxmadı onu. Әlini döşünә qoyub işarәylә “bir az” dur dedi. Özünü
tövlәyә verib, üç-dörd gün bağlı saxladığı qoçu irәli çәkib yıxdı. Qaba-
ğındakının necә adam olduğunu bildiyindәn, sәsini çıxartmırdı Omaroğlu.
Qoçu onun ayağı altında boğazlayanda, yenә gözündәn sel-su axdı,
saqqalına süzüldü. Bu, o Mәmmәrzә idi ki, tutulmağından iki saat keçmәmiş
dalınca çay-çörәk gәtirmişdi. Mәhkәmә olana kimi dörd yanında әsir-yesir
olmuşdu... Söyüb qovluyan da olmuşdu onu, su dalınca, çay dalınca
göndәrәn dә. Әl buyruqçusu olub, әl çәkmәmişdi Omaroğlunun hәndә-
vәrindәn. Sonra ona isti tuman-köynәk, sırıxlı göndәrmişdi. Hәr ay da
xәrclik. Sәdr olan vaxtı, qamçısı kәndboyu şaqqıldayanda yeznәsi bu gözü-
tox Mәmmәrzә ondan heç nә ummamışdı. Verdiyi damazlıq düyәni zor-
güclә tövlәsinә buraxmışdı. Bacısı canını torpağa tapşırandan sonra da bu
Mәmmәrzә kişi tәzә arvad almamağı bir yana, onunla qohumluğu kәs-
mәmişdi.
İndi dә budu...
İçәri keçdilәr. Lap başda gәvә üstә Omaroğluna yer hazırlamışdı
Mәmmәrzә. Süfrә dә açmışdı.
– Mütәkkәyә dirsәklәn bir az, naştoylan, bu dәqiqә kabab hazır olacaq,
atam-anam.
Salam-kalam sәssiz keçmişdi. İlk sözlәri idi bu Mәmmәrzәnin.
Omaroğlu da heç fәrqinә varmadı bunun. Şişlәri gәtirib fәtirlә cәmә sıyırdı,
özü dә bardaş qurdu.
   400   401   402   403   404   405   406   407   408   409   410