Page 402 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 402
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

silinsin? Sonra nә qәdәr zehnimizlә әllәşәk, vuruşaq, o yuxunu, o әhvalatı
xatırlaya bilmәyәk? İşdi-şayәtdi (şeytanın qıçını sındırmış olsaq) yadımıza
düşsә әgәr (olmayan әhvalat necә yada düşә bilәr? Bәs tәsadüf? Tәsa-
düflәr?), elә bilәk ki, elә zәnn edәk ki, bu әhvalat bizim başımıza gәlmәyib,
başqasının başına gәlib.

Bu yuxunu mәn görmәmişәm. Görmәmişәm. Bәlkә, görmüşәm? Onda
bu, mәnim yuxum deyil.

Niyә?
Ancaq mәn, qırx üç yaşlı indiki İsmayıl istәyirdim ki, Әkbәrin danış-
dığı o әhvalat, nolaydı iyirmi il bundan qabaqkı o cavan, sağlam, gülәş
(gülәşmi?) bir oğlan olan İsmayılın başına gәlәydi. İyirmi il bundan әvvәlki
İsmayıl da (ә, qağa, hardasan, ә?) ömrünün axırına kimi (yәni mәn – indiki
İsmayıl) bu әhvalatı unutmayaydı (başını min iş qatsa da), yaddan çıxart-
402 mayaydı.
Nәyi?
   397   398   399   400   401   402   403   404   405   406   407