Page 400 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 400
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

görünüşü elәydi ki, adam qorxurdu. Dik qalxmış yanaq sümüklәrinin sarı
dәrisi deyirdin cığara kimi üzülәcәk bu dәqiqә. Dәrindә, çökәkdә
halqalanmış gözlәri qorxulu-qorxulu közәrir, işarırdı. Vaqonda adam az
olduğuna görәmi, ya rәhmәtliyin qorxunc görkәminә görәmi, Bakıyadәk
yanımızda heç kәs oturmadı. Bәlәdçi dә elә aralıdan soyuq-soyuq soruşdu
ki, biletiniz varmı? Maşın tutub xәstәxanaları gәzәndә başa düşdüm ki,
xalaoğlunu nahaq gәtirmişәm. “Qәbul vaxtı bitib, sabah, sabah…” –
deyirdilәr. “Napravleniye” istәyirdilәr. Mehmanxanalar bundan da betәr.
“Yerimiz yoxdur”, – deyirdilәr. Xalaoğlunun halı xarablaşmışdı. Titrәyib
qızdırır, öskürәkdәn ikiqat olurdu. Neynim deyәn yerdә, birdәn әmim
yadıma düşdü. Şoferә dedim, filan yerә sür. Sürdü. Onun haqq-hesabını
verib, xalaoğlunun qolundan yapışıb, gәldim әmimgilә. Әmim o vaxtlar
vәzifәli yerdә işlәyirdi. (İndi? – Әkbәr güldü. – İndi cındırlar trestinin
400 müdiridir). Arvadı vardı, adı Zinyәt xanım. Әmim onu xanım yox, xatın
çağırardı. Qapını bizә Zinyәt xanım özü açdı, xalaoğlunu görәntәk qapını
örtdü vә başladı qapının dalındanca biznәn danışmağa. “Әmin evdә yoxdur,
bacımgil bizdәdir, xәstәyәm, zobum qalxıb, televizorumuz göstәrmir, bacım
oğlunu әsgәr aparırlar, gecәnin bu vaxtı vә s.”

Pillәkәnlәri asta-asta enirdik, ürәyimdә dә özümü danlayırdım ki,
maşını nahaq buraxdım. Blokdan çıxanda gördüm maşın yerindәcә dayanıb.
Qapını açıb, xalaoğlunu otuzdurandan sonra şofer soruşdu ki, indi hara
sürüm? Dedim, bilmirәm, bajıoğlu, bu şәhәrdә gumanım gәlәn axırıncı
qapını indicә döydüm. Daha elә bir yer qalmayıb, bәlkә, sәn elә bir yer
tanıyırsan? “Yox, tanımıram”, – dedi. Bax, elә bu zaman İsmayıl yadıma
düşdü. Ağabacı, Allah haqqı, o anda bir milyon pul tapsaydım, elә
sevinmәzdim. Sür, dedim, şoferә, sür bu ünvana. Gәldik, gördük İsmayıl
hәlә yatmayıb, oturub kitab oxuyur. Onda İsmayıl Vaqif küçәsindә, köhnә
әsgәr mәktubları tәki üçkünc, dar bir otaqda kirayәdә yaşayırdı. Balaca
stolu, köhnә, cırıldayan divanı vardı. Xalaoğlunu gәtirib uzatdıq (indi uzat-
mayaq) divana. Üstünü yorğannan, adyalnan basdırdıq. İsmayıl hardansa
yarım litr süd tapdı, isidib içirtdik xalaoğluya vә bir azdan o tәrlәdi. Tәrlәyәn
kimi dә yatdı. İkimiz dә sәhәrәdәk çimir elәmәdik. Xәstә inildәyib
oyandıqca ona gah süd, gah çay, gah da isti suynan bәhmәz qarışdırıb
verirdik. (Allah sәnә rәhmәt elәsin, ay Urquya nәnә, qәbrin nurla dolsun.
Tәlәbәlik illәrindә göndәrdiyin o banka-banka bәhmәz әlimdәn çox tutub.)
O gecәnin sәhәri İsmayıl özü dә nәdәnsә imtahan vermәliydi. Düzdümü, ә?
(Başımı tәrpәtdim). Stolun üstündә dә qırıq güzgü parçası vardı, üzü qәzetlә
örtülü. Soruşdum ki, güzgünü niyә örtmüsәn? Utandın, dedin ki, heç.
   395   396   397   398   399   400   401   402   403   404   405