Page 398 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 398
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
kәsib yığmışdım, dan yeri ağaranda ulaqlara sürütdәmә qoşub aparacaqdım
arana. İşimdәn, yorğunluğumdan razı fışqırıqlaya-fışqırıqlaya dәyәmizә
gedirdim. Nәdәnsә, o yay özümü, kәndimizә gәlәn pәhlәvan kimi güclü-
qüvvәtli hesab elәyirdim. Hamıya, hәr şeyә, qocalmış nәnәmә, qurumuş
ağaclara, malların, qoyunların dırnaqları altında tapdaq-tapdaq olub
bulanmış çeşmәyә, axsaq atımıza, göyün genişliyindә başını itirmiş bulud-
lara yazığım gәlirdi. O axşam yenә ürәyim üstümdә durmur, şadlıq qarışıq,
sәbәbindәn özümün dә baş tapmadığım şirin kәdәr, iztirab içindә çırpınırdı.
Bax, elә bu dәm sәni gördüm. “Gördüm” sözü әsl mәnanı vermir.
Beynimdә, ürәyimdә yaranan bir topa işıq birdәn sәni bürüdü vә sәnin
qiyafәn, görkәmin ömürlük yaddaşımda qaldı. Hәm dә o vaxt sәnlә, sәnin
görkәminlә bağlı mәndә yeni bir fikir yarandı. Bu fikrә kәşf dә demәk olar,
vallah. (gül, gül). Necә idi onda sәnin qiyafәn? Deyim, demәyim? Sәn onda
398 yemişan kolunun yanında durmuşdun (Qurumayıbsa, kәsmәyiblәrsә, o
yemişan kolunu indi dә göstәrә bilәrәm). Boynunu çiyinlәrinin arasına qısıb
baxırdın, başında da gözlәrinin üstünә düşmüş köhnә, iri papaq vardı. Sor-
tovun (pencәyin), şalvarın elә bozarmışdı ki, havaxtsa onların tәzә olmasına
inananlar vardı. Ayaqlarında çarıq. Bu, sәnin ümumi görkәmin. Xüsusi
görkәminә gәldikdә, onu iki yerә bölmәk olardı. Necә ki bir ölkәni iqlim
şәraitinә, torpağına görә iki yerә bölürlәr ha, bax, o cür. Elә mәnim kәşfim
dә (belә demәk caizsә) bu bölgüylә bağlıdı (gül dә, niyә gülmürsәn?). Sәnin
sağ vә sol tәrәflәrin (böyürlәrin yәni) vә bu tәrәflәrin – böyürlәrin fәrqi.
Mәn bu fәrqi o dәqiqә gördüm. Görmәyә dә bilәrdim, necә ki biz hәrdәn,
hәrdәn yox, lap çox vaxt, çox vәdә çox şeyi görmür, görmәzliyә vurur, düz
keçirik. Lakin bu fәrqi görmәmәk üçün kor olmaq lazım idi vә mәn bu fәrqi
görәntәk heyrәtә gәldim, desәn, hәlәm bir az da sarsıldım. Yox, yox, elә
bilmә, elә güman elәmә ki, sәnin bir çiynin o birindәn hündür, o biri dә bu
birindәn aşağıydı. Deyirәm ki, Allah elәmәmiş, bir gözün sağa baxırdı, biri
dә sola, biri dağa, biri dә arana (Arana, baxırmış, bәlkә? Yәqin, baxırmış).
Yox, yox, fәrq ayrı şeydәdi. Sәnin sağ tәrәfin – yәni sağ böyrün, sağ çiynin,
sağ qolun, sifәtinin sağ tәrәfi (gәrәk deyәydim sağ qulağın da) sol tәrәfindәn –
sol böyründәn cәsarәtliydi, qoçaqdı; sağ gözün sol gözünә nisbәtәn düz
baxırdı, qıyılmışdı, gilәsi tәrpәnmirdi. Sol böyrün, sol gözündәn tutmuş, sol
ayağına kimi mağmındı, әlacsızdı, qorxaqdı. Bir haya bәnddi, ilim-ilim
itәcәkdi. Onu saxlayan, uçmağa-qaçmağa qoymayan sağ böyründü (yazıq
sağ böyür). Bilmirәm, fikir vermisәnmi, adam vuruşmağa, dalaşmağa
gedәndә hәmişә sağ çiyni üstdәn dönür, sağ çiynini irәli verib gedir. Qorxub
qaçanda isә sol çiyni üstdәn dönür. Hәm dә sәnin sol tәrәfin – sol böyrün