Page 394 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 394
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
İtki
Neçә il idi Әkbәrnәn görüşmürdük? On il, on beş il? Bәlkә dә,
çox, bәlkә dә, az. Bilmirәm. İndi kim mәnә desәydi ki, burda,
bazarın gur yerindә, bu saat, bu dәqiqә, on metr qabaqda,
piştaxtanın arxasında gilas satan Әkbәri görәcәksәn, görüşәcәksiniz –
inanmazdım.
Gilasın qeyri-adiliyini, iriliyini, ağlığını, qırmızılığını, gözәlliyini,
qәşәngliyini (bәh, bәh) uzaqdan gördüm, görәn kimi dә… Bilirdim ki,
gördüyüm gilas bahadır, almayacağam, qiymәt-filan soruşmayacağam.
Amma getdim gilas satılan yerә, getdim elә-belә gilasa tamaşa etmәyә,
baxmağa. Gözәlә baxmaq savab… Baho, kimi görsәm yaxşıdır? Әkbәri.
394 Qucaqlaşdıq. “Ayә, necәsәn, ә?” “Yaxşıyam, ayә.” “Sәn hara, bura hara?”
(o gülә-gülә gilası göstәrdi.) “Yaxşı, şәhәrә – bazara demәk istәyirdim –
gәlә bilәrsәn, bizә gәlәmmirsәn?” “Gәlmişdim.” “Bizә?!” “İş yerinә.
Dedilәr Lәnkәrandasan.” “Hә-ә, keçәn il qastroldaydım orda.” – Suçlu adam
kimi dillәndim. O gәlәndә Lәnkәranda olduğum üçün sanki günahkardım.
Gәlәn-gәlәn gilasın qiymәtini soruşur, sahibini – Әkbәri gözlәyirdi.
– Torban varmı? – Onun sәsindә yalan, sünilik yoxdu, әksinә, tәlәb
vardı, hökm, әmr, әrk vardı. “Neynirsәn?” “Uşaqlara gilas…” “Yox, yox,
yox…” “Hә, hә, hә…”
Bazardan çıxanda әlimdәki torbanı xәlvәtcә, sevinclә sanballayır,
düşünürdüm ki, dörd kilo olar. Çox olar. Beş kilo? İyirmi manat irәli
düşmәk. Әstәğfürullah.
Bilirdim, başa düşürdüm ki, belә düşünmәk, fikirlәşmәk pisdir, yaxşı
deyil, әclaflıqdır. Nә elәyim bә? Düşüncәlәrimlә, fikirlәrimlә mәn çoxdan
bacarmıram, onların öhdәsindәn gәlәmmirәm.
Bir dә irigözlü, arıq (arıqlıqda anasına çәkib) oğlum çәrәzi dünyada
hәr şeydәn çox sevir. Uşaqlıqda, bәlkә, mәn özüm dә onun kimi olmuşam.
Yәqin. Ola bilәr. Nә bilim.
Gilas dolu torbanı stolun üstünә qoydum. Dedim, buyurun, nuş elәyin,
sizi quru yerdәn tapmamışam ki.
Arvadımın heyrәt, tәlaş dolu gözlәrini görәndә:
– Qorxma, – dedim, – kefli-zad döylәm, pulları da xәrclәyib, kökünә
daş atmamışam.
Gilası? Gilası qardaşağam verib. Әkbәr. Hansı Әkbәr? Ucaboy,
enlikürәk, alnıaçıq. (Zarafat.) Sarı Әkbәr. Pa atonnan, indi mәni dә