Page 390 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 390
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Ayrılanda onların dodaqları arasında mәsafә yox idi, amma bilmirdilәr
ki, bu mәsafә hәyatla ölüm arasındakı mәsafәdir. Әbәdi göylә, onun heç bir
vaxt qayıtmayacağı әbәdi göylә-yer arasında, Mәdinәnin onu daim
gözlәyәcәyi yer arasındakı mәsafә.

Tәyyarә yerindәn tәrpәnәndә Mәdinә onun arxasınca su atdı. Yәqin,
aviasiya tarixindә ilk dәfә idi ki, müasir hava laynerinin ardınca, min il bun-
dan qabaqkı adәt üzrә su atırdılar. Sonra o, göyә qalxdı. Sonra yağış yağdı.

Mәdinә ayaq saxladı, nәyәsә qulaq vermәyә başladı. Bir qәdәrdәn
sonra bu uğultunu mәn dә eşitdim vә başa düşdüm ki, o bu sәsi hamıdan
qabaq eşidir. Biz göydә hәrәkәt edәn rәngbәrәng işıqlara baxırdıq vә Mәdinә
dedi:

– Onun qәbri ordadır. Arvadlar әrinin qәbri üstә qәbiristanlığa gedir,
mәn dә göyә baxıram.

Sonra Mәdinә mәnә danışdı ki, bәzәn axşamlar aerodroma gedir, elә
390 belә bir kәnarda dayanır, düşәn, qalxan tәyyarәlәrә tamaşa edir. Sonra dedi

ki, uşaq da ölü doğuldu, әrinin bu yadigarı da qalmadı.
Mәn әlimi onun üzünә çәkib yanaqlarındakı göz yaşlarını sildim, sonra

dәli kimi onu öpmәyә başladım.
O:
– Yox, yox, yox, lazım deyil, – deyirdi vә mәn hiss edirdim ki, get-

gedә o bu sözlәri daha böyük çәtinliklә deyir.
Mәn onu ötürdüm vә dәrhal zәng elәdim.
Sәsi hәyәcanlı vә hәtta bir qәdәr şәn idi vә mәnim bütün romantiklәrә –

havada, yerdә, dәnizdә hәlak olmuş bütün biçarәlәrә yazığım gәldi.
– Bilirsәn, – dedim. – İndi işdә dә onunla “sәn” deyә danışırdıq, – dü-

nәn biz ayrılan kimi sәnә zәng elәdim, telefonun mәşğul idi. Gecәnin o
vaxtında kiminlә danışırdın belә?

Mәn heç gözlәmәzdim. Onun rәngi qaçdı, sifәti gәrginlәşdi. Amma tez
özünü әlә aldı vә dedi:

– Yәqin, ayrı yerә düşmüsәn. Mәn gәlәn kimi yatdım...
– Dünәn sәni yuxumda görmüşәm.
– Qәribәdir, hәyatda heç bir vaxt görmәdiyin adamı yuxuda neçә
görmәk olar?
– Sәsini görmüşdüm yuxuda. Bir dә “Nerinqa” radionu.
– “Nerinqa”nı yenә tәsәvvür edә bilәrәm, amma sәsimi necә görmüsәn,
heç ağlıma sığışdıra bilmirәm. Sәncә, mәn necәyәm? Heç mәni tәsәvvür
edә bilirsәnmi?
– Әlbәttә. Hündürboylu, uzunqıçlı, uzunsaçlı – mәn onun әsl görkә-
minә uyğun olmayan şeylәri deyirdim.
   385   386   387   388   389   390   391   392   393   394   395