Page 389 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 389
r

Axı Mәdinә burda işlәyirdi. Nә isә mәsul katibin otağına getdim, 389
üzrxahlıq elәdim.

Gecә Mәdinәyә zәng elәyәndә bilirdim nәdәn danışacaq.
– Bilirsәn, Rüstәm, – onun sәsindә bir canlanma, hәvәs vardı, – bizim
Seymur bilirsәn neçә mәrd adamdır. Bu gün mәn olmamışam, amma hamı
danışır ki, müşavirәdә durub mәsul katibi birtәhәr elәyib. Yaş yuyub, quru
sәrib. Ağzından çıxanı deyib. Bilirsәn, hamı bundan danışır. Axı hәlә indiyә
kimi onun bir sözünü iki elәyәn olmayıb. Özü dә bu qәdәr adamın içindә
kişini biabır elәyәsәn.
– Bilirәm, – dedim, – bu tipdә adamları mәn yaxşı tanıyıram. İclaslarda
alovlu nitqlәr deyirlәr, adamların içindә basıb-kәsirlәr, amma sonra tәklikdә
keçib üzr istәyirlәr. Yәqin, sәnin Seymurun da iclasdan çıxıb gedib o kişinin
yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.
O, kәdәrli sәslә:
– Axı belә niyә danışırsan? – dedi. – Niyә sәn onu sevmirsәn?
– Ona görә ki, sәn onu sevirsәn. Mәn dә sәni sevirәm.
– Çox gözәl. Hamımız bir-birimizi sevәk dә.
– Әlbәttә, sәn zarafat elә. Bәla ondadır ki, onunla sәn görüşürsәn,
üzbәüz danışırsan, kinoya gedirsәn.
– Kinoya? Nә bilirsәn ki, onunla kinoya gedirәm.
– Niyә dә getmәyәsәn?
– O güldü. Görünür, bu fikir ona xoş idi.
– Mәnimlә isә ancaq telefonla әlaqә saxlayırsan.
– Axı biz sәninlә danışmışdıq.
– Sәn mәnim haqqımda ona bir şey demisәn?
– Nә danışırsan? Mәn bu barәdә heç kimә, heç vaxt bir kәlmә dә
demәyәcәyәm. Mәnimçün bu, necә deyim, – o bir an susdu, söz axtardı, –
müqәddәs bir şeydir.
Sәhәrisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar
haqqında idi vә Mәdinә qәhәrlәnmişdi. Bәlkә, buna görә onda qәlbini
boşaltmaq ehtiyacı vardı vә biz bulvarla evә qayıdarkәn o mәnә hәlak olmuş
әrindәn danışırdı.
Deyirdi ki, bizim bütün ömrümüz göydә keçdi. Göydә tanış olduq. O
pilot idi, mәn adicә sәrnişin.
Sonra mәn stüardessa işlәmәyә başladım ki, hәmişә onunla olum.
Evlәndik. Bakıdan – Moskvaya, Moskvadan – Bakıya uçurduq vә tәyyarәdә
xәlvәt guşә tapıb öpüşürdük.
Sonra boynuma uşaq düşdü, mәzuniyyәtә çıxdım. Axırıncı dәfә onu
trapa qәdәr ötürdüm.
   384   385   386   387   388   389   390   391   392   393   394