Page 392 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 392
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Fikirlәşib bir şey taparıq. Axı telefon әlaqәsi xәyanәt deyil, günah
deyil. O vaxta sәnin dә evindә telefon olacaq, mәn özüm sәnә zәng
elәyәcәm.

Axı ona necә başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.
– Mәni başa düş, – deyirdi, sәsi ciddi vә kәdәrli idi, – bax, siz kişilәr
hәrdәn tәklikdәn, tәnhalıqdan şikayәtlәnirsiz. Mәnim lap gülmәyim tutur,
çünki siz әsl tәkliyin nә demәk olduğunu heç vaxt başa düşә bilmәzsiniz.
Elә tәklik ki, onu yalnız qadın başa düşә bilir. Gecә ayılırsan, divarlar
üstünә gәlir... nә isә, qәmli şeylәrdәn danışmayaq. Sәn nә desәn, onu
edәcәm. İstәyirsәn yox deyim.
Mәn ona nә deyә bilәrdim? O susdu, sonra mәn tәyyarә uğultusu
eşitdim vә başa düşdüm ki, bu özü elә cavabdır. Heç bir vaxt bizim heç biri-
miz – nә mәn – Rüstәm, nә dә mәn – Seymur onun hәlak olmuş әrinin yerini
tuta bilmәyәcәyik.
392 O axşam işdәn sonra ilk dәfә mәni evinә dәvәt etdi. Mәn dәhlizi vә
mәrtәbәni bilirdim, amma mәnzil qapısını tanımırdım. Qaranlıqda başqa
qapını döydüm. Açan olmadı.
Kibrit çәkdim vә qapının üstündә not vәrәqindә yazılmış “Açar
qonşudadır” sözlәrini oxudum. Not kağızını görәn kimi qammalar yadıma
düşdü vә bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.
“Nerinqa” radiosu, yumşaq kürsü, torşer – hәr şey eynilә mәn tәsәvvür
elәdiyim kimiydi.
– Bu saat, Seymur, sәnә әntiqә musiqi tutacam, – dedi. – Sәn qulaq as,
mәn dә çay qoyum.
Sonra mәn onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona
qadınlığı xoş vә çәtin bir ağrıyla qayıdır.
Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdәn o
mәnim әllәrimin arasından çıxdı vә nәyәsә qulaq asmağa başladı.
Mәn dә dinlәyirdim. Bilirdim ki, bir neçә saniyәdәn sonra mәn dә bu
uğultunu – tәyyarә uğultusunu eşidәcәyәm. Amma heç bir tәyyarә-filan yox
idi. Birdәn başa düşdüm ki, Mәdinә nәyә qulaq verir. Mәdinә telefonu
dinlәyirdi. Bu vaxtlar o zәng edәrdi.
– O, – yәni mәn.
Bilirdim ki, o daha zәng elәmәyәcәk, daha heç bir vaxt zәng
elәmәyәcәk, amma bir an mәn dә şübhәlәndim, mәn dә gözlәdim vә mәn
dә möcüzә arzuladım – istәdim, telefon sәslәnsin.
Telefon susmuşdu.
   387   388   389   390   391   392   393   394   395   396   397