Page 391 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 391
r

– Afәrin sәnә – dedi. – Lap düz tәsәvvür edirsәn. İndi mәn hәr gecә 391
sәnin yuxuna girәcәyәm.

– Yәqin, sәn tәk mәnim yuxuma girmirsәn...
– Yenә başladın?
– Yox, bilirsәn, deyirlәr Mәhin Banu hәr gecә yüz kişinin yuxusuna
girirmiş. Sәnin tirajın neçәdir?
– Mәn bircә nüsxәyәm vә ancaq sәnin yuxuna girirәm. Sәn mәnim
gözümün işığısan.
– Hәdsiz dәrәcәdә minnәtdaram.
– Bura bax, gözümün işığı, bir mәsәlәni sәninlә mәslәhәtlәşmәk
istәyirәm. Amma, xahiş edirәm, özündәn çıxma, hay-küy salma, telefonu
da atma.
Mәn bu söhbәti üç gündü gözlәyirdim. Üç gündü tәәccüblәnirdim ki,
niyә bu barәdә danışmır.
– Qulaq as. Amma әvvәl yanına gәtir validol qoy.
– Yaxşı, ürәyimi çәkmә.
– Yaxşı. Üç gün bundan qabaq Seymur mәnә tәklif elәdi ki, ona әrә
gedim. Ürәyin getmәdi ki?
– Yox, – dedim. – Nә cavab verdin ona?
– Hәlә heç bir cavab vermәmişәm. Sәninlә mәslәhәtlәşmәk istәyirәm.
Axı sәn mәnim әn yaxşı, әn әziz dostumsan. Әn әziz adamımsan.
“Qadın psixologiyası qәribәdir. Başqasına aşiq olan kimi sәn әn yaxşı
dost, әn yaxın adam olursan”.
– Lazım deyil – dedim vә әn qәribәsi bu idi ki, mәn sәmimi deyirdim. –
Heç kәsә getmә. Ya da mәnә gәl. Mәn sәni sevirәm. Ay Allah, kaş telefonla
evlәnmәk olaydı.
O, qәhqәhә çәkdi. Bir qәdәr әsәbi vә süni gülürdü.
– Ağıllı oğlan ol. Axı sәn hәlә lap balaca uşaqsan.
– Mәn? Nә bilirsәn, sәn ki mәni görmәmisәn.
– Mәn hiss edirәm. Hәr şeydәn hiss edirәm, sәnin sәsindәn, xasiy-
yәtindәn, mәnә әlaqәndәn. Yalvarıram sәnә, hәmişә belә qal, böyümәyә tә-
lәsmә.
– Nә bilirsәn, bәlkә, mәn sәnin Seymurundan böyüyәm.
– Yox, yox әzizim. Qadın hisslәri heç vaxt aldatmır. Bu lap mәzhәkәyә
oxşayırdı, amma mәnim gülmәyә hәvәsim yox idi. Nә isә, doğrudan da,
ağrı, kәdәr, intizar duyurdum.
– Lazım deyil, Mәdinә, – deyirdim. – Bәs mәn nә edәcәm? Axı әrin
icazә vermәyәcәk ki, gecә sәnә zәng vurum.
   386   387   388   389   390   391   392   393   394   395   396