Page 404 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 404
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Omaroğlunun qayıtması

Dedilәr, kәndә gәlir Omaroğlu. Tanıyanların içindәn bir sazaq
kimi keçdi bu xәbәr. Bir-iki ağsaqqalısa elә silkәlәdi ki...

Dәmirçi Abdulla әlini başının dalındakı şişә qoyub, yerindәcә dondu.
Ürәyindәn bu sözlәr keçdi gicitkәn kimi içini dalaya-dalaya:

– Nәyә gәlir bu sağ olmuş, başımızı yerә soxmağamı? O ki kәndin
başbilәn el atasıydı. Üstünә artırmayıbmı bәs ağlının, kamalının?! Üzümüzә
lombaynan tüpürmәyәmi gәlir?

Müsәllim kişi dәyirmanda eşitdi dәyirmançı Musaynan gapının şirin
yerindә. Sözünü ağzında qoydu bu xәbәr: onun gözünә baxmaqdansa,
404 dәyirmanın boğazına diri düşüb, ölü çıxmaq yaxşıdı, – dedi. Sarıisәlәrin
Rәhiminin başı daha çox әsmәyә başladı. Elә bil bu xәbәr qasırğaya dönüb
başını silkәlәyirdi: bu sinnimizdә belimizi qıracaq onun gәlişi. Namәrdlik
nә bikar şeymiş, ay Allah.

Әbdürrәhim kişinin yorğanına qor doldurdu bu gәliş, dedi, kaş o gәlәnә
kimi canımı verib gedәydim elә çayın o tәrәfinә, qәbiristana. Onsuz da,
deyәsәn, әlәyim әlәnib.

Bircә Qafarla lәzgi Mәhәmmәdә kar elәmәdi. Yerlәri rahat idi onların.
Nә bilmәk olar, bәlkә, o gecәsi qәbirlәri od tutub yanacaqdı rәhmәtliklәrin.

Poçtalyon Musaya tәrs-tәrs baxdılar qocalar bu xәbәri gәtirdiyinә görә.
Elә bil atalarını söymüşdü bu cıy-cıy poçtalyon. Bircә Müsәllim çәnәsinin
altına bir dә saldı onu. Qorxdu ki, birdәn Tapdığın әmәli olar bu da. Bir dәfә
Tapdığın cinini tutduranda Omaroğlunu yadına salmışdı. Hәlә bihörmәt dә
elәmişdi Müsәllimi.

– Omaroğlu bir gün gәlib hәrәnizin imanınıza bir tula bağlayacaq.
– Özün gördünmü, a Musa?
– Gördüm.
– De canın üçün.
– Öz başım haqqı.
– Gap da elәdinmi?
– Bә nә, gedim gәlmәyim, itkin Qafar qağamın әziz canı üçün, düz bir
saat danışdıq. Danışdıq deyәndә ki, poçtun alt yanındakı bağda әylәşdik.
Saçı-saqqalı dümağdı. Danışmağı-zadı da yoxdu çox elә. Hәrdәn başını
qaldırıb bir sual tullayırdı.
– Nә barәdә, bizi dә soruşub elәdimi?
   399   400   401   402   403   404   405   406   407   408   409