Page 381 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 381
r

bilişdәn iki qәpik toplayırdım, imkan düşәn kimi ayrı pulu xırdalayıb iki 381
qәpiklik alırdım.

Hәr gecә ona zәng elәyirdim. Hәmişә dә gec zәng elәyirdim. Bu, vәrdiş
vә adәt halını almışdı.

Bu söhbәtlәrә alışmışdım – onun bir az yorğun, bir az istehzalı, bir az
kәdәrli sәsinә, divar dalından eşidilәn yeknәsәq qammalara, radionun güclә
sezilәn nәfәsinә, tәyyarә uğultusuyla dolu pauzalara.

Mәn indi onun haqqında bәzi şeylәri öyrәnmişdim, amma çox az şey.
Bilirdim ki, adı Mәdinәdir, tәk yaşayır.

Bilirdim ki, gözlәri qonurdu, çәkmәsinin nömrәsi otuz beşdir. Bundan
artıq heç nә bilmirdim.

Bir dәfә soruşdum:
– Neçә yaşındasınız?
– Eh, qoca qarıyam, nәvәlәrim, nәticәlәrim var, – dedi vә mәn onun
cavan sәsindәn duydum ki, mәni dolayır. Vә bir dә bildim ki, nә yaşından
danışmaq istәyir, nә işindәn, nә dә ailә vәziyyәtindәn.
Mәn dә inad edib soruşmurdum. O özü dә bu barәdә mәndәn bir şey
soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi
idarәdә işlәyirәm.
Bircә adımı bilmirdi. Nәdәnsә ona әsl adımı deyil, başqa ad demişdim:
Rüstәm. Niyә? Bilmirәm. Bәlkә, onun da әsl adı Mәdinә deyildi, başqa idi.
– Axı biz haçan görüşәcәyik?
– Neylirsiz görüşmәyi? – dedi. – Bәyәm belә pisdi? Sizi bilmirәm,
amma mәnimçün bu telefon söhbәtlәri çox xoşdur. Hәyatıma nә isә tәzә bir
şey gәtirir. Mәnә xoşdur ki, müәyyәn saatlarda zәng gözlәyirәm. Zәng
elәyәn adamı heç tanımıram, üzünü dә görmәmişәm, ona görә dә onunla
açıq danışa bilirәm, o da ürәyindәkilәri mәnә deyә bilir. Mәni heç vaxt
görmәyib, heç tәsәvvür dә elәmir ki, necәyәm. Mәgәr bu pisdir?! Görüşәrik,
bir-birimizi bәyәnmәrik, hәr şey dә pozulub gedәr. Әgәr bir-birimizi
bәyәnsәk belә, yenә hәr şey dәyişәr, adilәşәr, bayağılaşar. Gәlin
әlaqәlәrimizi elә bu şәkildә saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır.
Ondansa işinizdәn danışın.
O mәsәlә necә oldu? Davanızı deyirәm? Ötüşdü?
– Yox. Әrizә vermişәm, gedirәm ordan.
– Hara?
– Hәlә bilmirәm. Siz nә mәslәhәt görürsünüz?
O, cavab vermәdi vә mәn tәyyarә uğultusunu eşitdim.
Yeni ili Firuzgildә qarşılayırdıq. Tәzә bәylә gәlin – Rasimlә Fәridә dә
   376   377   378   379   380   381   382   383   384   385   386